Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Rusiya ABŞ-ın yeni sanksiyalarını təxribat adlandırıb

 

Rusiya XİN-i ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalara münasibətini bildirib.
"Xeberinfo.com":   APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə,  XİN-dən bildiriblər ki, rəsmi Vaşinqtonun hərəkətləri sübut edir ki, ABŞ rəhbərliyi qarşıdurma yolunu seçib.
 
“Belə təxribat yönümlü hərəkətlər Rusiya-ABŞ münasibətlərinə ciddi xələl gətirir və dünyada  digər problemlərin həllində qarşılıqlı əlaqələri əngəlləyir. Rusiya bu kimi hərəkətləri cavabsız qoymayacaq”, - XİN-in şərhində deyilir.  
 
Qeyd edək ki, ABŞ-ın Maliyyə nazirliyi Rusiyanın 11 fiziki və 15 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib. ABŞ hökuməti  “qara siyahı”-ya düşənləri Krıma qarşı tətbiq edilən sanksiyalara məhəl qoymamaqda günahlandırır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam