Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Dövlət Neft Fondu 103 milyon dollar itirdi

 

Dövlət Neft Fondu (ARDNF) dünya bazarında qızılın ucuzlaşması nəticəsində təxminən 103 milyon dollar itirib

"Xeberinfo.com":   Məlumata görə, 2014-cü ilin sonunda Neft Fondu 30 ton qızıl yığıb. 
Bu, onun aktivlərinin 5%-i qədər olmalı idi. 1 iyul 2015-ci il üçün Fondun aktivləri əvvəlki ilə nisbətən 3,56% azalaraq 35,78 milyard dollar olub.
Strateji qızıl ehtiyatı yaradılması barədə qərar 2011-ci ildə qəbul edilib, 2011-ci ilin sonunda Azərbaycan Mərkəzi Bankında 28,4 milyon dollar məbləğində 513,6 kq qızıl saxlanılırdı. Hökumət o vaxt qeyd edirdi ki, qızılın qiymətinin əhəmiyyəti yoxdur, məqsəd strateji qızıl ehtiyatı yaratmaqdır.
2014-cü ilin martında ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov məlumat verib ki, qızılın 1 Troya unsiyası (31,1 qram) 1200 dollara alınıb. Beləliklə, Fond qızıl ehtiyatına 1 milyard 157,5 milyon dollar xərcləyib. 28 iyul 2015-ci ildə qızılın unsiyası Forex-də 1093 dollar olub. Bugünkü qiymətlə qızıl ehtiyatı 8,9% və ya təxminən 103 milyon dollar ucuzlaşaraq 1 milyard 54,2 milyon dollar təşkil edib. (turan)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam