Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yol Polisindən sürücülərə xəbərdarlıq

 

Çəkələklə avtomobil idarə edənlərə qarşı sərt cəzalar tətbiq olunacaq.

"Xeberinfo.com":  Məlumata görə, bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, son 10 gündə çəkələklərlə avtomobil idarə edən sürücülər tərəfindən 11-ə yaxın yol qəza hadisəsi törədilib. O, bu cür halların yolverilməz olduğunu deyib və sürücüləri avtomobil idarə edərkən daha diqqətli olmağa çağırıb: “Yay mövsümü ilə əlaqədar olaraq yüngül ayaqabbılar, çəkələklər geyinib avtomobil idarə edirlər. Çəkələklə avtomobil idarə etmək çox təhlükəlidir. Qeyd edim ki, çimərliklərdən şəhər istiqamətinə və ya əksinə yollarda baş vermiş qəzaların təhlilinə nəzər salanda görürük ki, əksər hadisə məhz sürücülərin çəkələklərdən istifadə etməsi nəticəsində baş verib”.

V.Əsədov belə hallarla rastlaşdıqları halda sürücülərə ən yüksək cəzaların veriləcəyini istisna etmir: “Bununla əlaqədar bir daha qeyd edirəm ki, sürücülər belə addımlar atmasınlar. Biz reydlərə başlayacağıq. Bu cür hallarla rastlaşdığımız zaman heç kəsə göz yuman deyilik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam