Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Universitet rektoru ölkədən qaçdı

 

Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində külli miqdarda korrupsiya halı aşkarlanıb. 

 


"Xeberinfo.com":  Məlumata görə, bu barədə ans press-ə universitetin məzunları şikayət ediblər. Məlumata görə, tələbələr adına saxta təqaüd kartları açan rektor Akif Süleymanov məsələnin üstü açılandan sonra qaçıb. 

Korrupsiya ilə bağlı baş verənləri universitetin rektor əvəzi Rövşən Əliyev də təsdiqləyib.

Texnologiya Universitetinin rektor əvəzi Rövşən Rizvan oğlu Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, 2015-ci ilin qış aylarında Maliyyə Nazirliyi universitetin maliyyə hesabatlarını yoxlamağa başlayıb.

"Hesablama zamanı nazirliyin “təftiş komissiyası" bir çox nöqsanlar aşkarlayıb. Bu nöqsanlardan ən əsası odur ki, universitetin rektoru Akif Süleymanov baş mühasiblə əlbir olaraq "Kapital bank"ın Gəncə filialında ödənişli əsaslarla təhsil alan tələbələrin adına saxta təqaüd kartları açıblar. Tələbələrin xəbəri olmadan adlarına açılan bu kartlara hər ay pul köçürülüb. 2012-ci ildən başlayan bu proses bu ilin may ayına qədər davam edib”.

Mənimsəmə faktında adı olan Akif Süleymanovun harda olduğunu isə universitetdə bilən yoxdur. Onun sön olaraq Bakıda müalicə aldığı deyilib. Lakin hələ də tapılmır. 

Maliyyə Nazirliyi aşkarlanan bu korrupsiya halı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. 

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları faktla bağlı araşdırmalara başlayıb.

Hazırda adlarına saxta kartlar açılan tələbələr universitetə çağırılıb və idarə əməkdaşları tərəfindən dindirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Akif Şamil oğlu Süleymanov 2013-cü ildə Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam