Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İşlədiyi inşaat şirkətində maaşa görə özünü yandırdı

 

Azərbaycanda maaşını ala bilməyən kişi özünü yandırdı. İyul ayının 22-si özünə od vuran Məhəmməd Əliyev bu gün səhər saatlarında Respublika Yanıq Mərkəzində keçinib.

"Xeberinfo.com":   Məlumata görə, mərhumun bacısı Zemfira Əliyeva ANS PRESS-ə bildirib ki, qardaşının özünü yandırmasına səbəb 7 ildir işlədiyi inşaat şirkətindən son 6 ayda maaşını ala bilməməsi olub. 

"Məvacibini ala bilməyən Məhəmməd şirkətin Sumqayıtda yerləşən ofisinə gedib. Ofisdə şirkətin rəhbər işçiləri ilə Məhəmməd Əliyev arasında mübahisə yaranıb". 

Bu mübahisədən sonra M.Əliyev ofisin həyətində üzərinə benzin tökərək özünü yandırıb.

Ofis işçilərinin köməyi ilə alov söndürülüb və o dərhal Sumqayıt xəstəxanasına gətirilib. Bədəninin 85%-i yanmış Məhəmməd bir neçə gün xəstəxanada qalıb. 

Həkimlər onun vəziyyətinin ağırlaşdığını görərək iyulun 25-də Bakıda yerləşən Respublika Yanıq Mərkəzinə göndəriblər. 
Yanıq mərkəzində 2 gün qalan Məhəmməd Əliyev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Artıq iş Sumqayıt şəhər prokurluğunda araşdırlmağa başlayıb. Prokurorluğun əməkdaşları xəstəxanaya da gəliblər. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorloğunda cinayət işi açılıb, araşdırma aparılır. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam