Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Naxçıvan xanlığının Rusiyada tapılan bayraqları Azərbaycana gətirildi

 

Rusiya muzeylərində və arxivlərində aparılan tədqiqatlar nəticəsində Azərbaycanın dövlətçilik tarixinə aid yeni materiallar aşkarlanıb.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə "Report"a Milli Azərbaycan Tarixi Muzeyindən məlumat verilib.

Muzeydən bildirilib ki, Rusiya Federasiyasında Sankt-Peterburq şəhərinin muzeylərində arxivlərində indiyədək məlum olmayan bəzi faktlar aşkarlanıb. Bunların içərisində Naxçıvan xanlığının bayraqları böyük maraq kəsb edir. Sankt-Peterburqdakı Dövlət Ermitajı Muzeyinin bayraq fondunda saxlanılan birinci bayraq 1812-ci ildə baş verən Aslandüz döyüşündə Abbas Mirzə tərəfindən Naxçıvan xanlığına öz tərəfdarlarını fərqləndirmək, müttəfiqləri olduğunu bəyan etmək üçün verilib. Həmin döyüşlər zamanı isə qənimət kimi götürülərək Rusiyaya gətirilib. Naxçıvanın ikinci dövlət bayrağı 26 iyun 1827-ci ildə xanlığın işğalı zamanı qənimət kimi götürülüb.

Muzeyin bayraqşunaslıq və geraldika üzrə mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun sözlərinə görə, bayrağın üzərindəki rəmzləri təhlil edərkən məlum olur ki, Azərbaycanın müasir bayrağı üzərində olan rəmzlərdən həmin bayraqda da istifadə olunub: "Bu çox maraqlı faktdır. Çünki bu günə kimi biz hesab edirdik ki, bayraq üzərində olan aypara və ulduz ilk dəfə 1918-ci ildə istifadə olunub. Bayraq ipək parçadan tikilib və qızılı saplarla işlənib. Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyindən əldə olunan bayraqda Əcəmi Naxçıvaninin memarlıq ənənələrindən istifadə edilib. Üzərində əks olunmuş səkkiz güşəli ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. İndiyədək nəinki Azərbaycan xanlıqlarının bayraqlarında, XVIII-XIX əsr Şərq dövlətləri bayraqlarında da buna oxşar elementə rast gəlinməyib".

Peterburq Artilleriya və hərb tarixi muzeyinin arxivlərindən Azərbaycan tarixinə dair başqa faktlar da üzə çıxıb. Mütəxəssis materiallar arasında Dərbənd qalasının gümüş açarının aşkar olunduğunu qeyd edib. Onun sözlərinə görə, Şamaxı qalasının açarları, fotoşəkilləri aşkar olunaraq gətirilib: "Bu da bizim dövlətçilik tariximizin araşdırılmasına böyük töhfələr verəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam