Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Azərbaycanı çox pis vurdular”

 

 “Para bitən kimi də Azərbaycana qarşı yeni iddialar uydururlar – qoymayın hakimiyyət məni öldürmək istəyir, mənə qarşı kapmaniya başlayıb
“İndiki mühacirlər Azərbaycan üçün dövlət quran böyük kişilərin etdiklərinin heç milyonda birini etməyiblər, ancaq özlərini millət fədaisi kimi aparırlar”
 
"Xeberinfo.com":    Ötən həftə Avropa İttifaqının prezidenti Donald Tusk Azərbaycana səfərdə olub. Səfər çərçivəsində Azərbaycanın vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə də görüş olub. Görüşdə iştirak edən İnsan haqları problemləri üzrə İşçi Qrupun üzvü Səidə Qocamanlı “Yeni Müsavat”a müsahibəsində Qərb-Azərbaycan münasibətlərinin son durumundan danışıb.
- Səidə xanım, Avropa İttifaqının prezidenti Donald Tuskla vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin görüşündə hansı mesajlar verildi?
- Cənab Tusk dedi ki, həm siyasi məhbusların azad edilməsi, həm də vətəndaş cəmiyyəti institutlarının durumu ilə bağlı hökumətlə danışıqlar davam etdiriləcək. Bu onun Azərbaycana ilk səfəri idi, düşünürəm ki, səfərdə Qərbi maraqlandıran bir çox məsələlərə aydınlıq gətirildi. Çünki, burada Donald Tuskun ölkə ilə bağlı informasiyaları daha etibarlı qaynaqlardan almaq imkanı oldu. İndiyə qədər o, Azərbaycanla bağlı xəbərləri müxtəlif strukturlardan, Qərb ölkələrində yaşayan mühacirlərimizdən alırdı. Bakıda isə o, həm rəsmilərin, həm də vətəndaş cəmiyyəti fəallarının mövqeyini öyrənmək imkanı qazandı. Biz görüşdə Azərbaycan gündəmində insan haqları ilə bağlı olan bütün məsələlərdən ətraflı danışdıq, həm mənfi, həm də müsbət tərəfləri vurğuladıq, insan haqları ilə bağlı İşçi Qrupun işinin bərpa edilməsindən, bu xətt üzrə nələr əldə etdiyimizdən söz açdıq. Bildirdik ki, problem sadəcə siyasi məhbuslarla bağlı deyil, ölkədə yüzlərlə insanın hüququ pozulur və biz çalışırıq İşçi Qrupun imkanlarından istifadə etməklə pozulan haqları təmin edək.
 
- Ancaq Qərb üçün prioritet siyasi məhbus məsələsidir...
- Bu məsələ Qərb üçün prioritet olsa da, bizim üçün prioritet Azərbaycanın hər bir vətəndaşıdır. Bizim işimiz tək siyasi məhbularla məhdudlaşmır. Məmur özbaşınalığı, süründürməçiliklə üzləşən hər bir vətəndaşa yardım etmək bizim borcumuzdur. İşçi Qrupa yüzlərlə müraciətlər olunur və biz onların bir çoxunu operativ çözə bilirik.
 
- Bayaq dediniz ki, Avropa strukturlarının rəhbərləri Azərbaycan haqqında mühacirlərdən də informasiya alır. Cənab Tusk xaricdə və Azərbaycanda aldığı informasilalar arasında paralellər apardımı? 
- Mən açıq danışacağam. Kimin xoşuna gəlir gəlsin, gəlmir, gəlməsin. Mühacirlərin bəzilərinin Azərbaycana münasibəti qərəzlidir. Bir var xaricdə oturub öz vətənini oradan qamçalayasan, bir də var Vətəndə, ölkə reallıqlarının içərisində yaşayaraq onların aradan qaldırılması üçün əmək sərf edəsən. Mən Donald Tuska da dedim ki, xaricdə yaşayıb Azərbaycanın ünvanına xoşagəlməz ifadələr işlətmək çox asandır, ancaq burada mövcud çətinliklərin içərisində yaşayıb haqsızlığa qarşı mübarizə aparmaq bu, başqa bir şeydir. Biz şəxsən heç yerə getməyi ağlımıza da gətirmirik. Bu ölkədən gedib, başqa dövlətin, müxtəlif beynəlxalq qurumların pulu ilə yaşayıb ölkəni söymək bu bizim vicdanımıza, insanlığımıza sığan məsələ deyil.
- Siz iddia edirsiz ki, mühacirlər bunun qarşısında pul alır?
- Əlbəttə. Bəs, onlar xaricdə nə ilə yaşayırlar, nə ilə ofislər açırlar, media qurumları yaradırlar? Mən bir məsələni demək istəyirəm. Azərbaycanın son 100 ildə bir neçə dalğa mühacirləri olub. Son 25 ildə ölkədən getməyə məcbur olanlara diqqət çəkmək istəyirəm. Bu insanlar ölkədən əsasən ötən əslin 90-cı illərinin əvvəlində və sonlarında, 2003-cü il seçkisindən sonra və son 4-5 ildə gediblər. Onların bir qismi ilə biz xaricdə olanda görüşürük. Sonuncu kateqoriyaya aid olanlardan başqa heç kim əlinə bayraq alıb Azərbaycanı söyməklə məşğul deyil.  Azərbaycandakı reallıqdan çox yaxşı xəbərləri var, ancaq bir parça çörəyə görə səhər işə-axşam evlərinə gəlirlər, öz işləri ilə məşğuldurlar. Son 5 ildə gedənlərin işi-gücü isə Azərbaycanı pisləməkdir.
- Sizcə, onlar niyə belə aqressivdirlər? Bu, hakimiyyətin son illər insan haqlarını daha çox məhdudlaşdırması ilə bağlı ola bilməzmi?
- Onlar Azərbaycanda 716 nəfərlik siyasi məhbus siyahısı olanda niyə belə aqressiv deyildilər? İndi durum 90-cı illərdəki ilə müqayisədə edilə bilməz. Həmin 716 nəfərin çoxu AXCP üzvləri, köhnə hərəkatçılar, “omon”çular idi. Onların da çoxu ölkədən gedib və xaricdə öz həyatını yaşayır, yeni cəmiyyətlərinə inteqrasiya edilər, çalışırlar həmin cəmiyyətin dilini, kültürünü mənimsəsinlər. Son mühacir dalğasında belələri tək-təkdir. Ona görə deyirəm ki, para ilə Azərbaycanı söymək, çox asandır. Para bitən kimi də Azərbaycana qarşı yeni iddialar uydururlar – qoymayın hakimiyyət məni öldürmək istəyir, mənə qarşı kapmaniya başlayıb. Bununla da özlərini yenidən gündəmə gətirmək və yeni pul qaynağı tapmağı düşünürlər. Mənə maraqlıdır, niyə onlar gedib işə düzəlmirlər, getdikləri ölkənin vətəndaşlarının vergiləri hesabına gün keçirirlər? Öz ailəmdən misal çəkmək istəyirəm. Qızım xaricdə yaşayır. O, hər gün səhər 5-dən gündüz saat 5-də qədər işləyir, maaşının 50 faizini vergi ödəyir. Bu insanlar isə hər gün işləyən, çalışan, dövlətə vergi ödəyən insanların hesabına rahat yaşayır və “asudə” vaxtlarının çoxluğundan işləri-gücləri Azərbaycan haqqında hədyanlar danışırmaqdır. Sovet işğalından sonra Azərbaycanda dövlət quran insanların çoxu ölkədən getməyə məcbur oldu. Ceyhun Bəy Hacıbəyli, Əlimərdan Bəy Topçubaşov kimi son dərəcə dəyərli insanlarımızın, ziyalılarımızın çoxu Avropa ölkələrində səfalət içərisində yaşadı, səfalət içərisində dünyadan köçdü. Ancaq onların heç biri Azərbaycan haqqında kəskin ifadə işlətməyib. Onların rəqibi, hədəfi sovet quruluşu idi. İndiki mühacirlər Azərbaycan üçün dövlət quran böyük kişilərin etdiklərinin heç milyonda birini etməyiblər, ancaq özlərini millət fədaisi kimi aparırlar. Ən böyük riyakarlıq bu ölkənin çörəyini yeyib, bu ölkəyə qarşı işləməkdir. Bütün bu gərginliklər isə ölkənin içərisində də çox mənfi ovqat yaradır. Ümumiyyətlə bu gün Azərbaycan cəmiyyəti xəstə bir vəziyyətdədir. Keçən il bu vaxtlar Azərbaycan çox təlatümlü bir tarix yaşayırdı. Vətəndaş cəmiyyətinə qarşı kampaniya başlanmışdı, vətəndaş cəmiyyəti fəallarını bir-bir həbs edirdilər, az qala hər gün beynəlxalq qurumlar, ayrı-ayrı Qərb ölkələri Azərbaycandakı durumla bağlı bəyanatlar verirdilər. Baxın, bir il sonra necə bir durğunluq yaranıb. Müxalifət yox dərəcəsindədir – biz onları yalnız fraqmental olaraq sosial mediada görürük. Vətəndaş cəmiyyətində durğunluğun kulminasiyasıdır – hesablar bağlı, işlər dayanıb. Vətəndaş cəmiyyəti indi ən ağır durumunu yaşayır. Qərb isə artıq bəyanat da vermir. Əksinə, Qərb hökumətlə işləməyin fərqli yollarını arayır. Avropa İttifaqının prezidenti gəldi, yaxın günlərdə ABŞ baş katibinin köməkçisinin səfəri gözlənilir. Bütün bunlar göstərir ki, Azərbaycan Qərbə lazımdır. Lazımdırsa, bu beynəlxalq təhlükəsizlik, iqtisadi maraqlarla məhdudlaşmayacaq, insan haqları da gündəmdə olacaq.
 
- Sizcə, bu sıralamada insan haqları neçənci yerdədir?
- Çox təəssüf, Qərbin Azərbaycandakı maraqları sıralamasında insan haqları, demokratiya 5-ci yerə düşüb. Ancaq mən o qədər də bədbin deyiləm. Çünki cəmiyyətdə hələ də mübariz, gələcəyə inanan və simasını saxlayan insanlar var. Bu gün insanların özlərini əbəs yerə xərcləməsinə heç bir ehtiyac yoxdur. Hər kəs öz peşəsini vicdanla yerinə yetirməlidir. Tarix göstərir ki, istənilən problemin çözümü üçün ən gözəl, ən az ziyansız yol dialoqdur. 
- Siz bu hökumətlə ən çox dialoq aparan kəsimin təmsilçisisiniz. Dəfələrlə olub, iqtidar və müxalifət qarşı səngərlərdə vuruşanda durumu insan haqlarını müdafiə təşkilatları yumşaldıb, kimlərsə həbsdən azad edilib, bunun qarşılığında müxallifət tənqidləri yumşaldıb. Siz heç öz praktikanızda bu qədər dialoqsuz dönəm xatırlayırsınızmı? Niyə siyasi məhbuslarla bağlı aparılan danışıqlar heç bir nəticə vermir?
- Aprel ayında bizim İşçi Qrupun toplantısında siyasi məhbus siyahısına bir daha baxıldı və biz may ayında əfv gözləyirdik. Sanki gözəgörünməz bir qüvvə var ki, o Azərbaycanda durumun yumşalmasına imkan vermir. May ayında Avropa Parlamenti Azərbaycanla bağlı məlum qətnaməni qəbul etdi, beynəlxaq qurumlar siyasi məhbuslara görə iqtidarı sərt tənqid etdi və bütün bunlar əfv fərmanını dayandırdı. Buna qədər qərar var idi, ya mayın 10-da, ya 28-i Respublika Günündə fərman imzalanacaqdı. Ondan sonra Avropa Şurası Azərbaycana basqı göstərmək üçün Dağlıq Qarabağ kartından istifadə elədi. Azərbaycanı çox pis vurdular. Azərbaycanın ən  yaralı yeri olan ərazi itkisi məsələsindən daxili problemlərin həllində basqı kimi istifadə edilməsi yumşaq desək, yaxşı praktika deyil. Qarabağ Azərbaycan torpağıdır, bütün Qərb dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, Ermənistanın işğalı dayandırması ilə bağlı BMT-nin 4 qətnaməsi var. Siyasi məhbusların buraxılmasını dövlətin suverenliyi məsələsinə bağlamaq çox yanlış qərar oldu. Biz düşünürdük ki, mayda əfv olacaq və bizim siyahılarımız minimuma qədər seyrələcək və biz beynəlxalq strukturlarda gücümüzü Qarabağ məsələsinə yönəldəcəyik. Çox təəssüf, durum daha da kritikləşdi.
 
- Səidə xanım, Azərbaycanın Avropa Şurası qarşısında öhdəlikləri var. Sizcə, bu öhdəliklərin yerinə yetirilməməsi belə bir durumun olacağını xəbər vermirdimi?
- Təbii. Bu durum birdən-birə yaranmayıb. Azərbaycan bir addım ataraq əfv fərmanı versəydi, bu gün beynəlxalq qurumlarla münasibətlər xeyli yaxşı olacaqdı. Əfv siyahısında olan insanların bir hissəsi xəstə idi, bir hissəsi əfv ərizəsi yazmışdı, bəziləri cəzasının çoxunu çəkib. Tofiq Yaqublunun ailəsində yaşanan faciədən sonra biz çox ümidliydik ki, o, azad ediləcək. Axı, ailəsi belə ağır günlər yaşayan günahsız insanı necə içəridə saxlamaq olar? Tofiq bəyin məsələsi ilə bağlı biz ayrıca müraciət də etmişdik. Çox təəssüf. Bilirsiz, mən düşünürəm ki, dövlət başçısının media rəhərləri ilə olduğu kimi vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə görüşünə də çox ciddi ehtiyac var. Özümüzdən asılı olan və olmayan səbəblərdən ölkədə çətin bir durum yaranıb. Biz bu durumdan daha az ziyanla çıxmaq üçün durumu bir yerdə dəyərləndirməliyik. Prezident media təmsilçiləri ilə görüşündə dedi ki, bəzən məmurlar informasiyaları düzgün, operativ çatdırmır. Dövlət başçısının bu sözlərini vətəndaş cəmiyyəti institutları ilə hökumət arasındakı münasibətlərə də aid etmək olar. Bəzən ölkəni böyük qınaq və basqılardan qurtaracaq, vətəndaş sülhü yaradacaq məsələlər bəzi məmurların durumu düzgün qiymətləndirməməsi nəticəsində əlavə gərginlik yaradır. Vətəndaşlar bunu gözləyir. Prezident vətəndaşlara müraciətlə deyəndən sonra ki, məmurlar məni düzgün məlumatlandırmır, siz problemlərinizlə bağlı özünüz mənə müraciət edin, insanlarda ümid yaranıb. Ümid edirəm ki, Azərbaycan iqtidarı ilə vətəndaş cəmiyyəti bir-birini anlamağa hazır olduğunu göstərməlidir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam