Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Turizm şirkətinin rəhbəri dələduzluqda günahlandırılır

 

Bakıda “İnter Travel” turizm şirkətinin direktorunun bir qrup vətəndaşa qarşı dələduzluq etməsi ilə bağlı polisə ərizə daxil olub.

 

"Xeberinfo.com":   Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, “İnter Travel” şirkətinin direktoru, Ağdam rayon sakini, 1981-ci il təvəllüdlü Elnur İsmayıl oğlu Əliyevin etibardan sui-istifadə etməsi ilə bağlı onlara ərizə verilib.

 

Ərizədə iddia olunur ki, cari ilin fevral-iyul aylarında İ. Əliyev etibardan sui-istifadə edərək İran İslam Respublikasının vətəndaşı Taleh Kərim oğlu Mahmmouididən 4500 manat alaraq qaytarmayıb. Bundan başqa, Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Səməd Hacı oğlu Əzizovdan 2800 manat, 1982-ci il təvəllüdlü İsa Ənvər oğlu Əliyevdən 3600 manat, İradə Valeh qızı Quliyevadan 3268 manat, 1983-cü il təvəllüdlü Rauf Vidadi oğlu Xəlilovdan 1470 manat, 1991-ci il təvəllüdlü Günel Əbdülhüseyn qızı Gülhüseynovadan 1700 manat, 1971-ci il təvəllüdlü Xaliq Ramazan oğlu Bağırovdan 4500 manat, 1990-cı il təvəllüdlü Elman Bəylər oğlu Xanlarovdan 4200 manat, 1980-ci il təvəllüdlü Ağa Əli oğlu Abbasovdan 5200 manat, Xırdalan şəhər sakini, Fərhad Kərimovdan 1500 manat alaraq qaytarmayıb.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr