Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Rektordan nazirə şok ittiham

 

 

 

      Müəllimlər İnstitutunun Gəncə filialında aşkarlanan saxta diplomların hər birində institutun rektoru Aqiyə Naxçıvanlının imzası var. Elə sual doğuran məqam da budur.

     "xeberinfo.com":Diqqətli  oxucularımıza da məlum olduğu kimi , biz bir neçə ay bundan öncə Azərbaycan Müəllimlər İnstitutunun bəzi filiallarında  baş verən koorpusiya əməlləri haqda "Yeni Xəbər" qəzetində  yazılar dərc etmişdik.

    Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında aparılan  araşdırlmalar zamanı ortaya çıxan faktlar bu olayı yenidən gündəmə gətirdi. Dünən isə  İnstitutunun  rektoru Aqiyə Naxçıvanlı məsələyə münasibər bildirib: “Buyurun mən sizə sənəd göstərim və bu sənədlə onu sizə sübut edə bilim. Bax görürsünüz diplom iki hissədən ibarətdir. Bu hissədə yalnız komisiyanın sədri, Aqiyə Naxçıvanlının imzası və möhürü var. Bu hissəni o təşkilatlar skaynerdən çıxarır olduğu kimi. Unudurlar, bu seriyanı, bu diplomu tapmaq olar, bu hissəni belə yazıb kartona yapışdırıb camaata paylayırlar. Heç ekspertizaya getməmişdən deyərəm ki, bu mənim imzamdır. Amma seriyanı yoxladanda görürəm ki, buranı yazan başqa adamdır”. 

 


    Aqiyə Naxçıvanlı etiraf edir ki, uzun illərdir ki, institutun filiallarında bu tipli saxtakarlıqlara yol verilməsindən xəbərdar olub və buna görə də dəfələrlə daxili yoxlamalar aparıb. Məhz bu saxtakarlığın qarşısını almaq üçün özü Təhsil Nazirliyinə müraciət edibmiş. Aqiyə xanım hesab edir ki, saxta diplomların verilməsində elə Təhsil Nazirliyinin vəzifəli şəxslərinin əli olub. O sənədlər sübut edir ki, filiallara saxta köçürmələri məhz Nazirlik edib. Məsələn keçmiş nazir Misir Mərdanovun 8 nəfərin köçürülməsinə verdiyi əmrə sonradan qoşma sənədlərlə daha 88 nəfər əlavə edilib. İndi də yeni nazir Mikayıl Cabbarov strukturu təmizləməklə məşğuldur. 
    Aqiyə xanımı narahat edən digər bir məsələ gözdən iraq olan filialların rəhbərlərinin özbaşınalığıdır. Testdən kənar qəbul, saxta köçürmə və saxta diplomları verən təhsil ocaqlarından biri də Qazax filialı olub. Yeri gəlmişkən, institutun 4 filialı ləğv olunur. Bunlar Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarıdır. Filialların bağlanması həmin təhsil ocaqlarında maddi texniki bazanın yetərli olmaması ilə izah edilir. Ləğv prosesi ilə yanaşı, həm də işdən çıxarılmalar da var. Təhsil Nazirinin əmri ilə işdən çıxarılan Salyan filialının rəhbərinin Aqiyə Naxçıvanlını təhdid etməsi barədə yazılmış xəbərə də özü aydınlıq gətirdi. 
   Azərbaycan Müəllimlər İnstitutunun rektoru, Aqiyə Naxçıvanlı: “Salyan filialının rəhbəri deyir ki, mən 200 min manat verib bu posta gəlmişəm. Onda sual verirəm. Bir filial direktorunun, özü də həyat yoldaşı olmayan qadının pulu hardandır? Hardan yığıb o pulu? Və o, gözəl bilirdi ki, ora müvəqqəti gedib. O pulu nə üçün verirdi, alan adam da bilirdisə, o çıxarılasıdır, niyə alırdı? Mən bu şantajlarla 8 ildə çox rastlaşmışam. İndi də Mingəçevir filialı bu şantajları verir”. 

Düzdür indi adı çəkilən bu filialların keçmiş rəhbərləri düşünə bilərlər ki, işdən çıxarılıblar və saxtakarlıqları da keçmişdə qalıb. Baş Prokurorluğun açıqlaması isə tam əksini deyir. Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində 2 maddə ilə vəzifə saxtakarlığı və vəzifəsindən sui-istifadə maddələri ilə cinayət işi açılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam