Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Saxta diplom faktı təşviş yaratdı

 

 

Bu təkcə bir məktəbdə aşkarlanan 4 saxta diplomdan biridir 

 

"xeberinfo.com": Dəyərli oxucularımıza da məlumdur ki, Təhsil naziri Mikayıl Cabbarov haqda silsilə yazılar dərc etmişik. Həmin yazılarda yeni nazir təyin olunan Mikayıl Cabbarovun nazirlikdə həyata keçirdiyi işlər barədə geniş məlumat vermişik. Nazirlikdə aparılan kadr dəyişiklikləri ilə yanaşı təhsil sistemində etdiyi digər dəyişikliklərlə  gündəmdən düşməyən nazir çalışırdı ki, təhsildə baş verən neqativ halların qarşısını alsın. Bəzi təhsil ocaqlarında az qala "ayaq açıb yeriyən rüşvət" yeni nazirə də bəlli idi. Lakin görünür ki, bu cür neqativ halların qarşısını alamaq üçün aparılan dəyişikliklər hələdə öz müsbət nətiəsini verməyib.

     Bununla bağlı daha bir məlumatı dəyərli oxucularımızın nəzərinə çatdırmaq istiyirik. Beləliklə, Təhsil naziri Mikayıl Cabbarovun "Müəllimlər institutunun Gəncə filialında tələbələrə saxta diplom verilib" açıqlaması bu işdə əli olanların  "sakit həyatına" narahatlıq gətirdi. Əslində ölkədə saxta diplom məsələsi çoxdan var idi. Lakin biri özündə güc tapıb, məsələni bu günkü kimi adı ilə çağırmamışdı. Necəki Mikayıl Cabbarov elədi.

     Mikayıl Cabbarovun açıqlamasının ardınca həmin saxta diplomların axtarışı zamanı Gəncədəki araşdırmalar göstərib ki, ali məktəbi biliyi ilə qazana bilməyənlər, sonradan bu təhsil ocağından müəllim diplomu alıb və tədrisdə də yaxından iştirak ediblər. Buna fakt olaraq, Gəncənin 40 saylı orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı müəllimi Lalə Həsəncanovanın diplomunun saxta olduğu göstərmək olar. Bu təkcə bir məktəbdə aşkarlanan 4 saxta diplomdan birdir. 

    Lalənin isə diplomu "qanuni yol" aldığını deyib. Amma soruşanda ki, "2005-ci ildə universitetə hansı kod altında və neçə balla qəbul olmusan?" sualına Lalə "hamı necə, mən də elə" deməklə kifayətlənib. Atası isə övladının 2005-ci ildə özəl ali təhsil müəssisələrindən birinə, daxili qaydalarla qəbul olunduğunu sonradan isə Azərbaycan müəllimlər institutunun Gəncə filialına köçürüldüyünü deyir. Buranı bitirəndə isə dövlətin diplomuna yiyələnib. Lakin sonradan həmin diplomun saxta olduğu müəyyənləşib. Bəs saxta diplom nədir? Onu savadı ilə deyil, pulu ilə almaq istəyənlər necə əldə ediblər.

    Tələbənin təhsilinin sonunda əldə elədiyi diplom, ona təhsil nazirliyinin müvafiq seriyası ilə verilir. Etiraf edək ki,Tələbə Qəbulu üzrə dövlət Komissiyasının apardığı qəbul imtahanlarından kiminsə saxta yolla keçməsinə indi heç kim inanmaz. Bəs necə olur ki, Məleykə Abbaszadənin komissiyasından keçməyən, sonradan diplomlu vətəndaş olur? Deməli, burda saxtakarlığın ən adi formasından istifadə edirlər.

   Qəbul imtahanında keçid balını toplaya bilməyən məzun xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə köçürülürlər.

Qəbul imtahanlarında keçid balı toplamayan gənc rüşvət verməklə rayon filiallarında birbaşa 2-ci kursa qəbul olunurlar.

   Ən dəhşətlisi isə sonuncusudur. Təhsil Nazirliyinin hər il hansı seriyalarla diplom verəcəyini bilən rektorlar saxta diplomlar çap etdirir və istədiyi kəsə satır.

   Gəncədə düz 207 belə fakt aşkarlanıb. Bu isə o deməkdir ki, eyni seriyalı diplomu iki nəfər daşıyır. Beləliklə, saxta diplomu rüşvətlə əldə edən vətəndaş həm də universiteti öz biliyi ilə qazanan digər vətəndaşın da haqqını pozmuş olur. Nazirlik hələlik 207 müəllimin saxta diplom daşıdığını ortaya çıxarıb. Halbuki ekspertlər bu diplomların sayının 1000-dən çox olduğunu düşünürlər. 

    Saxta diplomlu müəllimlərin təhsilimizə verdiyi saxta bilik artıq başqa söhbətin mövzusudur. Amma bəs necə olub ki, 11 filialı olan Azərbaycan müəllimlər institutu bölgələrdəki bu saxtakarlıqlardan xəbərsiz olublar. Gəncə filialının 2000-ci ildən bu günə qədər 2500 məzunu olub ki, onlardan da 1000-nin diplomu şübhə altına alınıb. 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam