Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

20 Yanvar-Qan Yaddaşımız

 

                                                

     

      

   “xeberinfo.com”: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə Sovet ordusunun iri kontingenti, xüsusi təyinatlı dəstələr əsaslı bir səbəb olmadan ölkəmizin süverenliyini pozaraq Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna yeridilmiş və silahlı müqavimətlə üzləşmədiklərinə baxmayaraq ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qarşı qəddarcasına qətliam aksiyası həyata keçirmişlər. Yüzlərlə erməni kriminal ünsürlərini tərkibinə qatan işğalçı ordu tərəfindən Bakıda və respublikanın Lənkəran, Neftçala və digər rayonlarında xalqa qarşı hərbi təcavüz nəticəsində rəsmi məlumata görə, 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar da olmuşdur. Bakının zəbt edilməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət olunmuşdur.

    Qabaqcadan düşünülüb hazırlanmış 20 Yanvar qətliamı Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, dövlət müstəqilliyinin bərqərar edilməsinə mane olmaq məqsədi daşımışdır. Lakin Azərbaycan xalqı  qanlı 20 Yanvar hadisələrində Vətənin azadlığı və müstəqilliyi naminə mətanət və dəyanət göstərməyə, şəhidlər verməyə hazır olduğunu nümayiş etdirmiş, təcavüzkar ordunun qarşısına çıxan və həlak olan Azərbaycan övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazmışlar.

    Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası ilk dəfə olaraq 22 yanvar 1990-cı il tarixli qərarı ilə 20 Yanvarda Azərbaycan xalqına qarşı amansız təcavüzkar əməliyyat keçirildiyi haqqında ilkin rəy bildirmiş, bu məsələni araşdırmaq məqsədilə deputat istintaq komissiyası yaratmış və Milli Məclisin 19 yanvar 1992-ci il tarixli qərarı ilə həmin komissiyanın bu qanlı faciəyə verdiyi siyasi-hüquqi qiymət qənaətbəxş hesab edilmişdir. Lakin iki il sonra Milli Məclis deputat istintaq komissiyasının rəyinin törədilmiş cinayətin ciddiliyinə müvafiq olmadığını, səthi səciyyə daşıdığını əsas tutaraq özünün 29 mart 1994-cü il tarixli qərarı ilə bu məsələyə bir daha siyasi-hüquqi qiymət vermişdir. Sonra göstərilir ki, Milli Məclisin həmin qərarında 20 Yanvar qətliamını təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, Sovet dövləti və hökuməti rəhbərliyinin, şəxsən SSRİ Prezidenti Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi, eyni zamanda Sovet qoşunlarını Azərbaycana çağırmaqla xalqa qarşı həyata keçirilən hərbi təcavüzə yol verən Azərbaycan hakimiyyətinin məsuliyyət daşıdığı qeyd olunmuş, yüzlərlə insanın həlak olması və yaralanması ilə nəticələnmiş faciəli hadisələrin əsl təqsirkarlarının üzə çıxarılması sahəsində hüquq mühafizə orqanlarının fəaliyyəti qeyri-qənaətbəxş hesab edilmiş və Azərbaycan Respublikasının Baş Prokuroruna tapşırılmışdır ki, bu qanlı faciənin təhqiqatı üzrə işin qısa müddətdə başa çatdırılmasını və təqsirli şəxslərin qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunmasını təmin etsin.

    Milli Məclis özünün 29 mart 1994-cü il tarixli qərarının icrasının təmin edilməsinə biganə qalmış, Respublika Prokurorluğunun, digər hüquq mühafizə orqanlarının aidiyyəti üzrə vəzifəli şəxsləri isə vəzifə səhlənkarlığına yol verərək və  keçən 20 il ərzində xalqı aldatmaq yolu tutaraq 20 Yanvar hadisələri ilə bağlı istintaqın gedişi haqqında yalan məlumatlar yaymış, faktiki olaraq Milli Məclisin həmin qərarını yerinə yetirməmiş,  XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına, eyni zamanda əslində bəşəriyyətə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli cinayət əməlini törədənlərin öz cəzalarını almasını təmin etməmişlər.                     

    20 Yanvar hadisələrində Vətənimizin azadlığı və dövlət müstəqilliyi naminə misilsiz mətanət və qəhrəmanlıq göstərərək şəhid olmuş və yaralanmış yüzlərlə Azərbaycan övladlarının qanının yerdə qoyulmasına diqqət çəkilərək göstərilir ki, “keçən uzun illər ərzində müqəssirlərin məsuliyyətə cəlb edilməməsi, eyni zamanda ölkəmizdə dövlət müstəqilliyinin bərqərar edilməsində müstəsna xidmətlər göstərmiş istiqlalçı deputatların müxtəlif bəhanələrlə repressiyalara, “məxməri terror”a məruz qoyulması, “Dövlət Müstəqilliyi Günü” dövlət bayramının iş günü edilməklə gözdən salınması və dövlət səviyyəsində keçirilməməsi və sair kimi dünyada analoqu olmayan rüsvayçı hallar şübhə yoxdur ki, heç də təsadüfi olmayıb Rusiyanın xüsusi xidmət orqanlarının himayəsi sayəsində Azərbaycanda yüksək dövlət vəzifələrinə irəli çəkilən məmurların antimilli fəaliyyətindən və bütövlükdə mövcud hakimiyyətin  mahiyyətindən doğan acı nəticələrdir.

                                                               

 

 

 

         VAMBP-nin mətbuat xidməti

 

     

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam