Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Hicabı təhlükə mənbəyi kimi təqdim etmək islamı gözdən salmağa yönəlmiş addımlardır"

 

Son zamanlar üçün aktual problemə çevrilən hicab qadağası bir çox narazılıqların yaranmasına səbəb olur.

"Xeberinfo.com":  Rusiya, Hollandiya, İsveçrə, Fransa, Almaniya kimi ölkələrdə ictimai yerlərdə hicab geyinilməsinə dövlət səviyyəsində tam qadağa qoyulması cəmiyyətdə çaşqınlığa səbəb olur. Dövlət hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquq və azadlıqlarını dini, cinsi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq təqdirəlayiq deyil. Qərb mətbuatı bu qadağanı “islam təhlükəsi” kimi gündəmə gətirir.

Hicab İslamda qadınlara cəmiyyətin ictimai həyatında iştirak etməkdə mane olmur, iş mühitinin sağlam olmasını və qadının ictimai fəallığını təmin edir, heç də qadının evə həbs edilməsi və cəmiyyətdən təcrid olunması anlamına gəlmir.

Hicabın digər dinlərdə də yerini araşdırdıqda maraqlı faktlarla qarşılaşırıq. Məsələn, yəhudilərdə nəinki ənənəvi hicaba riayət edilir, hətta bədənin hər yeri qapanırdı. Xristian dini də yəhudi şəriətini qüvvədə saxlayırdı. Qədim İranda, həmçinin yəhudi və iudaizm dininə sitayiş edən xalqlar arasında da hicaba münasibət İslamdakından daha sərt idi.

Dini mütəxəssis Hacı Şahin Modern.az-a açıqlamasında  bildirib ki, hicabı təhlükə mənbəyi kimi təqdim etmək islamı gözdən salmağa yönəlmiş addımlardır.

“Azadlığın təminatçısı kimi özünü qələmə verən Qərb ölkələrində bu cür addımların atılması tamamilə məntiqə uyğun deyil. Bu, bəzi dəyərlərin tapdanmasıdır. Bir sıra ölkələrdə hicabın yox, niqabın qadağan edilməsi haqqında danışılır. İslam dinində üzün örtülməsi vacib deyil, amma hicab Qurani-Kərimin buyurduğu bir tələbdir, müsəlmanın geyim formasıdır”.

Hacı Şahin qeyd edib ki, Qərb ölkələrində bu cür qadağaların tətbiqi islamafobiyanın təzahürüdür.

“Bunun hər hansı bir təhlükəylə heç bir əlaqəsi yoxdur. 21-ci əsrdə insanlara geyindiyi paltarın formasına görə yox, intellektual səviyyəsinə və mədəni göstəricilərinə görə qiymət vermək lazımdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam