Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ağ şəhərdə qaranəfəs sakinlər

 

 

 

 

    Ölkənin iri şəhərlərindən olan Sumqayıda atmosfer yüksək dərəcədə çirklənməyə məruz qalıb.

 

 

"xeberinfo.com": Son illər ölkədə, əsasən də Bakı və Sumqayıtın da yerləşdiyi Abşeron yarımadasında nəqliyyat vasitələrinin sayının artması atmosferə atılan zərərli qazların da miqdarını artırıb. Yolların tikintisi, elektrik nəqliyyatından imtina, binaların fasadının üzlük materiallarla bəzədilməsi atmosferdə tozun miqdarını daha da artırıb. Bir yandan da köhnə texnologiyalarla fəaliyyət göstərən zavodların atmosferə atdığı tullantılar var. Bütün bunlar isə insan orqanizmi üçün təhlükəli nəticələrə gətirib çıxarır. Elə bunun nəticəsidir ki, bir vaxtlar sumqayıtlılar arasında dillər əzbəri olan "havadan kəskin qoxu gəlir", "boğuluram" sözləri unudulmağa başlanıldığı bir zamanda son aylar yenidən eşidilir. Sakinlər göydə tüstü qatının əmələ gəldiyini, havada amiak qoxusu yarandığını bildirirlər. Vətəndaşlar bu halın adətən gecələr başladığını deyirlər. Bu qoxunun zavodlardan yarandığını söyləyirlər. Zavodlara yaxın ərazilərdə yaşayan sakinlər bu üzdən gecələr yata bilmədiklərini, boğulduqlarını bildirirlər. Onlarla apardığımız söhbət zamanı məlum oldu ki, havadan gələn kəskin qoxu yalnız həftənin bir neçə günü hiss edilir, bu da daha çox çərşənbə axşamı və cümə günlərinə təsadüf edir.

 

 

 Ekoloqlar da Sumqayıtın ekoloji durumu ilə bağlı həyacan təbili çalır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyir ki, ötən ilin yekunu olaraq il ərzində Sumqayıtda ardıcıl olaraq bir neçə dəfə monitorinqlər keçirilib. Nəticədə havada orqanizm üçün zərərli olan maddələr aşkarlanıb. Havaya atılan tullantılar isə daha çox köhnə qurğulardan istifadə edən zavodların payına düşür. Departamentin direktor müavini Mətanət Avazova deyib ki, həqiqətən də qoxu var. Əhalinin şikayəti ilə bağlı olaraq qurum nümayəndələri həmin  ərazidə operativ rejimə keçiriliblər. Bu zaman məlum olub ki, qoxu əsasən səhər saatlarında əmələ gəlir. Həmin vaxt isə dənizdən qalxan buxar da onu tutub saxlaya bilir. Amma günəş qalxdığı zaman artıq həmin maddələri ayırd etmək mümkün olmur. Hidrogen xloridin Sumqayıt üçün xarakterik olduğunu deyən mütəxəsisdən onu da öyrəndik ki, hazırda fəaliyyət göstərən bir sıra yuyucu maddələrin hazırlandığı zavodlarda texnologiyalar dəyişsə də son araşdırmalar onu göstərir ki, insan orqanizmi üçün təhlükəli olan bu tip maddələr bu gün də mövcuddur. Eyni zamanda Aliminium zavodu əvvəlkinə nisbətən az işləsə də yenə də hidrogen florid maddələri havada aşkar edilir. Mətanət Avazova məlumat verdi ki, havada olan tullantılar iki cür olur. Alçaqlıqda və hündürlükdə olan tullantılar. Zəhərli tullantılar daha çox alçaqlıqda olan tullantılardır. Elə məqamlar olur ki, alçaqlıqda olan tullantıları tutmaq olur. Çünki həmin müəssisələrin ətrafı hasarlanır və qurum nümayəndələrinin zavodun ərazisində hansısa ölçmə işləri aparmağa ixtiyarları yoxdur. Mütəxəssislər yalnız mühafizə departamenti ilə birgə həmin ərazilərə girib araşdırma apara bilirlər. Sumqayıtın mövcud ekoloji durumu ilə bağlı nazirlikdə qaynar xətt yaradılıb. Günün istənilən saatında əhali havada qeyri müəyyən qoxu və ya qalın duman hiss edərsə, o zaman qaynar xətlə əlaqə saxlasınlar. Bu zaman atmosferdə olan zəhərli tullantıların mənbəyini aşkar etmək ekoloqlar üçün daha çevik və real olar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam