Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Yanğına görə tutulan rəisin həbsi uzadılacaq

 

“Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin sabiq rəisi Nizami Orucovun barəsində açılan cinayət işi ilə bağlı konkret olaraq hər hansı istintaq hərəkatı aparılmır”. 
"Xeberinfo.com":  Məlumata görə, bunu Modern.az saytına Nizami Orucovun hüquqlarını müdafiə edən Anar Qasımlı deyib.
O, Bakı İstintaq Təcridxanasında saxlanan keçmiş rəislə görüşdüyünü bildirib: “Səhhəti, saxlanma şəraiti normaldır, heç bir şikayəti yoxdur. Barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Amma istintaq müddəti uzadıla bilər. Çünki istintaq yekunlaşmağa doğru getmir.
Nazim Orucov özünü bu işdə təqsirli bilmir. Onun nədə təqsiri var ki?! Bu, onun səlahiyyətinə aid olmayan bir məsələdir”.
Mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb.
Binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həmin binada fasadlama işləri aparan “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov barəsində də bu maddələr üzrə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam