Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

20 Yanvar hazırlıqlarına başlanıldı

 

     Paytaxt və rayonlarda faciə günü ilə bağlı tədbirlər keçirilir.

 

     Bakı meri hazırlanan xüsusi kompazisiya üçün Hollandiyadan qərənfil gətizdirib

    "xeberinfo.com": 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı paytaxt Bakıdakı hazırlıqlara start verilib. Hazırlıqlar  Şəhidlər Xiyabanı ilə yanaşı, Bakının ayrı-ayrı rayonlarında da paralel olaraq aparılır. Artıq Bakının bir neçə rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib.

      Şəhidlər Xiyabanında anım günü ilə bağlı hazırlıq gecə-gündüz davam etdirilir. Ötən gün aparılan hazırlıqlar yaxından tanış olmaq məqsədi xiyabanda olduq. Hazırlıq işlərinə nəzarət edən Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri bildirdiblər ki, yanvarın 20-nə kimi bütün dekorasiya işləri başa çatdırılacaq. Meriya nümayəndələrinin sözlərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tez-tez əraziyə gələrək hazırlıq işləri ilə maraqlanır, göstəriş və tövsiyələrini verir. 

“Qərənfillər Hollandiyadan gətirilib”

Ərazidə olarkən öyrəndik ki, bu il də ağ və qırmızı qərənfillərdən 20 Yanvarla bağlı müxtəlif  kompozisiyalar yaradılır. Bu məqsədlə Hollandiyadan ölkəmizə gec solan qərənfillər gətirilib. Bakı Şəhər İcra Hakimiyyətinin abadlıq idarəsininn əməkdaşları bu prosesə cəlb olunub. Qərənfilləri qoruyub saxlamaq üçün Türkiyədən xüsusi dərmanlar gətirilib. Anım günü Şəhidlər Xiyabanında 20 Yanvar faciəsi ilə bağlı məktəblilərin rəsm sərgisi də fəaliyyət göstərəcək. Artıq respublika üzrə elan olunmuş müsabiqədə yer tutan 50 məktəbli məlum olub. Onlar 20 Yanvar faciəsini öz tablolarına daşıyıblar və sərgilənməsi üçün Bakıya göndəriblər. 

Yollar bağlanacaq

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-də saat 08:00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

BŞDYPİ sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollarla hərəkət etməyə çağırıb.

Hava şəraiti küləkli və yağıntılı olacaq

20 Yanvar faciəsinin 24-cü ildönümündə müşahidə olunacaq hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, yanvarın 20-də Bakıda və Abşeron yarımadasında səhər havanın tutqun olacaq, mülayim şimal küləyi əsəcək, arabir güclənəcək. 

Xatırladaq ki, 1990-cı il, yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. 24 il əvvəl yanvarın 20-nə keçən gecə sovet ordusu Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna etirazını bildirən geniş xalq kütlələrinə qarşı hərbi əməliyyatlara başlayıb. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan oğulları həmin müdhiş gecə canından keçərək şəhidlik zirvəsinə ucalıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam