Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Heydər Əliyev ordeni Mehriban Əliyevanın halal zəhmətinə verilən qiymətdir”

 

“Azərbaycan I Avropa Oyunlarını çox yüksək səviyyədə başa vurdu”.

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

O qeyd edib ki, Bakıda təşkil olunan I Avropa Oyunlarının dünyada bənzəri olmayıb və olmayacaq da.  “Azərbaycanın qoyduğu standartları inanmıram ki, hər hansı bir ölkə bundan sonra belə yüksək səviyyədə həyata keçirə bilsin. İstər açılış, istər bağlanış, istərsə də yarışların gedişi, Azərbaycanın ikinci yerə çıxması, 56 medal qazanmamız, bunlar hamısı mühüm hadisələrdir. 

Burada çox böyük zəhmətlər çəkilib. Təbii ki, ən böyük xidmət Prezidentimizlə bağlıdır. Möhtərəm Prezidetimizlə bərabər I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, hörmətli həmkarımız Mehriban Əliyevanın zəhmətini xüsusilə qeyd etmək istəyirəm.

Açılış və bağlanış mərasimlərindəki kompozisiyalara baxanda böyük qürur hissi keçirdim.

Azərbaycanın keçmişi, bu günü və gələcəyi - hər şey orada çox yüksək səviyyədə nümayiş etdirildi. Hər kəs diqqət edirdi və heyranlıqla baxırdı”.


E.İbrahimov I Avropa Oyunlarının təşkilində Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın əvəzsiz xidməti olduğunu vurğulayıb: “Həm açılış, həm də bağlınış mərasimləri başdan-ayağa milli idi. Mən bu ideyaların məhz Mehriban Əliyevaya məxsus olduğuna əminəm. Belə ideyaları yalnız ölkəsini, millətini candan sevən şəxs ortaya qoya bilər. Hesab edirəm ki, Mehriban xanımın “Heydər Əliyev ordeni” ilə təltif edilməsi onun zəhmətinə Prezidentimiz, dövlətimiz tərəfindən verilən qiymətdir. Mən də hörmətli həmkarımızı təbrik edirəm.

Əminəm ki, xalqını sevən Mehriban Əliyeva Azərbaycanı dünya səviyyəsində tanıdan hələ çox təşkilat  komitələrinə rəhbərlik edəcək. Mehriban Əliyevanı bu çalşqanlığı münasibətilə, halal zəhmətinə verilən “Heydər Əliyev ordeni” münasibətilə ürəkdən təbrik edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam