Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ-dan Rusiyanın iri enerji şirkətlərinə sanksiya

 

ABŞ Maliyyə Nazirliyi yanında xarici aktivlərə nəzarət idarəsi (Office of Foreign Assets Control, OFAC) Rusiya şirkətlərinə qarşı yeni sanksiyaların qüvvəyə mindiyini açıqlayıb

 

"Xeberinfo.com":   APA-nın “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, müvafiq sənəd idarənin (OFAC) saytında yerləşdirilib. Sanksiya siyahısına ilk dəfə olaraq Rusiya dövlətinin “Qazprom”, “Qazpromneft”, “Lukoyl”, “Transneft” və “Surqutnefteqaz” kimi iri enerji şirkətlərinin adları salınıb. Sektoral sanksiyalar bu şirkətlərə Arktika şelfində, şist yataqlarında və dərin sahələrdə karbohidrogen ehtiyatlarının mənimsənilməsində istifadə olunan texnologiya və məhsulların satışını qadağan edir.     
 
Qeyd edək ki, bir gün əvvəl Kanada hökuməti 3 Rusiya vətəndaşı və 14 hüquqi şəxsə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb. Sanksiyalar Avrasiya Gənclər İttifaqının rəhbərləri Aleksandr Duqin, Pavel Kanişşev və Andrey Kovalenkoya, “Noçnıye volki” bayker klubuna, “Qazprom”, “Qazpromneft”, “Transneft”, “Surqutnefteqaz”, “Oboronprom”, “Birləşmiş Aviatikinti Korporasiyası” və digər şirkətlərə şamil olunub.
 
Xatırladaq ki, Qərbin Rusiyaya qarşı sanksiyaları Krımın ilhaqı və Donbass müharibəsi ilə əlaqədar 2014-cü ilin yazından tətbiq  olunmağa başlayıb.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam