Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

İÇİM SƏNİN...



"Xeberinfo.com":   Dostlarını sevən görüb düşünmə ki, o sevirsə nədən ki mən geri qalım dostarası sözə-bezə uyma gözəl, sevsən əgər, dili şirin olsa belə duyma gözəl, sevirsə də çökdür onu inanma sən sözünlə vur öldür onu, könlü əgər ümidlisə, qoyma yansın söndür onu. İmtahan et, ittiham et, sevər olsa, ehtiram et. Bax belədir əzizlərim, sevənlərdə vəfa gərək, gözlərinə nur çilənib şəfa gərək, gərəkdirsə bax beləcə bitməz həyat sevgisiylə yarı ola tən ola, gözlərində yaş yerinə, duman dağa çən ola. Sevdim səni, sevdim desə, gözlərində sevgidolu qəm ola. Vəfasızsa sevsə kimi sevgi deyil, vəfa deyil, cəfa çəkib ölsə əgər səfa deyil, dərd –azara məlhəm ola, qəlbə dolan şəfa deyil. Sevmə onu, etmə meyil, söz yaradıb etmə giley,lazım deyil umu-küsü, zurna-qaval çalsın hələ. Çalışginən sən də onu öz abrına qundaq açıb sığal çəkib sevgisinə kədir ilə bələ hələ. Çalınsa da zurna-qaval, bəs deyəcək, mənə nə var. Düşünmə ki, borclu qalar, öz başını qurban edər, quracaqdır minbir hiylə, minbir tələ, inanma gəl, bu aşkardır mən deyirəm gəl başa düş, dinlə məni eşit məni, dedim axı mən hələ. Neştər kimi sancar oxun, yuxsuz gecə sevənlərə hədiyyədir odlar çoxun. İnanmayın sevgi nədir, həyat, ömür bilgi nədir, seç sonala, bil ki, nədir. Ağzın yanıb, əllərini təpitmə sən, həyat budur, çəkişmə sən, sevmək çətin bir yol isə, sağın vuran bir qol isə, bilmək olmur yolun hamar bir yol isə, Udan da var, bu acını dadan da var, Sevmişəmsə vəfalıyam, səfa üçün cəfalıyam, doğru dürüst adam da var. Kömək olmaz bir-birinə, qanmaz olan, yanmaz olan, baş havalı, görməz olan kor olmayan kütbaş olan nadan da var. Həyat budur seçim sənin, yol uzundur keçim sənin, həyat verən öz donunu elə biç ki, BİÇİM SƏNİN. Çaba göstər ömür yaşa, həyat səhnə et tamaşa, çeşmədirsə, çağlayacaq bir içim su, qoru onu, saxla onu səbrlə iç, İÇİM SƏNİN...

 

TƏRANƏ ŞƏMS.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam