Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yaşar 1/4 finalda erməniylə üz-üzə - CANLI YAYIM

 

"Xeberinfo.com":  65 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Toğrul Əsgərov 1/8 finalda moldovalı Mihail Sava ilə qarşılaşıb. Toğrul ilk hissədə 5:0 önə keçməyi bacarıb. Elə növbəti hissədə də bu əzmkarlığını qoruyaraq aradakı xal fərqini daha da artırıb - 8:0. Sonda görüş 10:0 hesablı tam qələbəylə başa çatıb.

 

11:18

 

Ölkəmizi 57 kq çəki dərəcəsində təmsil edən güləşçimiz Yaşar Əliyev 1/8 finalda Fransa idmançısı Zoheir El Ourraqe ilə qarşılaşıb.
 
2013-cü ilin Avropa çempionatının bürünc mükafatçısı Yaşar Əliyev rəqibindən daha üstün güləş nümayiş etdirərək 9:4 hesabı ilə qalib gəlib və 1/4 finala çıxıb. Onu bu mərhələdə ciddi sınaq gözləyir. Əliyev Ermənistan idmançısı Qarik Barsekyanı sınağa çəkəcək.

 

10:43

 

97 kq-da çıxış edən idmançımız Xetaq Qazyumov 1/16 finalda Polşa təmsilçisi Radoslav Barana qalib gəlib. Güləşçimiz görüşü 0:10 hesabıyla qalib bitirib və növbəti mərhələyə yüksəlib..

 

10:31

 

Avropa Oyunları çərçivəsində sərbəst güləşin 1/16 finalında təmsilçimiz Toğrul Əsgərov (65 kq) Rusiya idmançısı İlyas Bekbulatov ilə qarşılaşıb. İlk hissəni idmançımız 4:0 öndə bitirib.
 
Növbəti hissədə də əzmkarlığını sübut edən olimpiya çempionumuz görüşü 8:7 hesabıyla qalib bitirib.
 
1/8 finalda Toğrul Əsgərovun rəqibi Moldova idmançısı Mihail Sava olacaq.

 

09:58

 

İlk Avropa Oyunlarında kişilərin sərbəst üsulla güləş yarışları başlayır.

 

Publika.az xəbər verir ki, bu gün daha dörd idmançımız çükafatlar uğrunda mübarizə aparacaq.

 

Yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

 

Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

 

Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə aparır.

 

57 kq

1/8 final - Yaşar Əliyev - Zoheir El Ouarraqe (FRA)

 

65 kq

1/16 final - İlyas Bekbulatov (RUS) - Toğrul Əsgərov

 

74 kq

1/8 final - Mihaly Nagy (HUN) - Cəbrayıl Həsənov

 

97 kq

1/16 final - Radoslav Baran (POL) - Xetaq Qazyumov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam