Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Bu gün Milli Şura sədrinin ad günüdür

 

"Sadəcə, şəhər həyatı bizi ad günü keçirməyə öyrəşdirib"

"İşğal altında olan torpaqlarımızın azad olunması ən böyük hədiyyəm olar" 

     Bu gün Milli Şuranın sədri Cəmil Həsənlinin doğum günüdür.Qaynar.info bununla bağlı Cəmil Həsənliyə suallar ünvanlayıb.  "xeberinfo.com" Həmin müsahibəni olduğu kimi təqdim edir: 

- Ümumiyyətlə, ad gününüzü qeyd etməyi xoşlayırsınızmı?

- Elə də yox. Bu gün mənim üçün adi günlərdən biridir. 

- Bunu indi belə düşünürsünüz, yoxsa uşaqlıqdan heç sevməmisiniz doğum gününüzü qeyd etməyi?

- Kənd uşaqlarının ad günləri olmurdu ki... Sadəcə, şəhər həyatı bizi ad günü keçirməyə öyrəşdirib.

- Cəmil bəy, doğum gününüzü kimlər təbrik edib?

- Sosial şəbəkələr bu baxımdan tamam başqa bir stiuasiya yaradıb. Neçə gündür durmadan təbriklər gəlir mənə. Amma dəqiq deyə bilmərəm ki, kimlər ilk olaraq təbrik edib. Məni təbrik edənlərə bir daha təşəkkür edirəm. 

- Doğum günündə hansı hədiyyəni almaqdan xoşalnırsınız?

-  Ən böyük hədiyyə, hədiyyə almamaqdır(gülür).

-  Bəs bu doğum günündə kimsə sizə hədiyyə alıb?

-  Nəvəm bir şəkil çəkib mənimçün, yəni hədiyyə edib. Bunu da çox böyük məmuniyyətlə qəbul etmişəm. Ümumiyyətlə, heç vaxt əşya hədiyyəsinə meyilli olmamışam. 

-  Bu yaşınıza kimi ən yadda qalan ad gününüz hansı olub?

-  60 illik yubleyim olub. Biz ailəvi olaraq, xaricdə yaşayan övladlarımla birlikdə Dubaya yığışmışıq. Mənim övladımın biri orada yaşayır. Gözdən, qulaqdan iraq bir yerdə bu günü özümüzü üçün qeyd eləmişik.

- Sizin üçün ən gözəl təbrik nə olardı?

-  İşğal altında olan torpaqlarımızın azad olunması. Bunu tam səmimi şəkildə qəbul edin. Bunu əvəz edən elə bir hədiyyə ola bilməz.

- Cəmil müəllim, bu gün özünüzlə bağlı nələri planlaşdırırsınız?

- Səhərdən N!DA-çıların məhkəməsində idim. (Sual verir: saat neçədir?) 

- 15:45. 

- Bax hələ indiyə kimi nahar da etməmişəm. İndi evə getməyə hazırlaşıram, ona da telefon zəngləri imkan versə (gülür). Nə olacaqsa, evdə olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam