Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Rəsmi Ankaradan Putinə qəti mesaj

 

Türkiyə mətbuatında yer alan xəbərlərə görə Türkiyə Putinə qarşı 24 apreldə İrəvandakı “soyqırım” tədbirində iştirak etdiyi üçün rəsmi mövqeyini davam etdirir.

"Xeberinfo.com":  Məlumata görə, rəsmi Ankara Bakıda prezident Rəcəb Tayyib Ərdoğan ilə Vladimir Putinin görüşündən əvvəl də 1915 hadisələrilə bağlı Türkiyənin həssaslığını əks etdirən simvolik bir mesaj vermiş olub.
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun 12 iyun Rusiya günü münasibəti ilə səfirlikdə keçirdiyi tədbirdə hökumətdən heç kim iştirak etməyib.
Bu vəziyyət diplomatik ifadələrlə Ankaranın 1915-ci il hadisələrilə bağlı rəsmi mövqeyinin davam etdiyinin göstəricisi kimi şərh olunur.
May ayında Rusiyanın faşist Almaniyasına qələbəsinin 70 illiyi münasibətilə Qırmızı Meydanda keçirilən tədbirdə də çoxlu sayda ölkənin lideri iştirak etmişdi. Mərasimdə daha öncə prezident Ərdoğanın iştirak etməsi planlaşdırılırdı. Ancaq Putinin 24 apreldə İrəvandakı mərasimdə iştirak etməsi səbəbilə Ərdoğan da Moskvaya getməmişdi.
Ərdoğanın iki günlük Bakı səfəri çərçivəsində Putinlə də görüşəcəyi ehtimal olunur. Ankaranın, 1915 hadisələrilə bağlı bu mövqeyi Putinə də bilavasitə bir mesaj mənasını daşıyır.

Avropa.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam