Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Azərbaycanda milləti saymayan məmurlar var”

 

"Müasir Müsavat Partiyası siyasi alverlə məşğul deyil. Belə alverlə ölkədə bir partiya məşğul olur o da, Müsavatdır”.

"Xeberinfo.com":  Məlumata görə, bunu Modern.az saytına açıqlamasında son zamanlar Müsavat Partiyası ətrafında gedən “mühacir qalmaqalı”na münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

O bildirib ki, təmsil etdiyi partiya üzvləri mühacir həyatı yaşamağı heç vaxt fikirləşməyib:

“Vətəndaşlarımıza da bunu arzu etməmişik. Söz öz yerin tutur. Mən deyəndə ki, Müsavat Partiyasında İsa Qənbər, Arif Hacıyev siyasi mühacir biznesi ilə məşğuldurlar,  haqqımda xoşagəlməz ifadələr eşidirdim. Çoxları belə düşünürdü ki, Hafiz Hacıyev kiməsə şər atır, qaralayır. O vaxtlar kim xaricə gedirdisə, onun mühacir statusu alması üçün sənədlərinə möhür vururdular”.

Hafiz Hacıyev Müasir Müsavat Partiyasına təzyiqlərdən də danışıb: “Azərbaycanda milləti saymayan, haqqını özünə qaytarmayan məmurlar var. Hafiz Hacıyev onlara qarşı həmişə mübarizə aparıb. Məndən kəskin faktlarla çıxış edən ikinci bir müxalif partiya sədri görməmişəm. Amma mən heç vaxt dövlətçiliyə zərbə vuran addım atmamışam, bundan sonra da atmayacağam.

Təbii, ölkədə korrupsiya, saymamazlıq, məmur azğınlığı kimi böyük nöqsanlar var. Amma bu demək deyil ki, biz dövlətə xəyanət edək. Həmişə dövlətin yanında olmuşuq, hökumətin pislərini tənqid etmişik, yaxşılarını tərifləmişik. Bizim mühacir alveri ilə məşğul olmağa nə vaxtımız, nə də həvəsimiz var. Bununla məşğul olanlar işlərini davam etdirsinlər”.

Hafiz Hacıyevin sözlərinə görə, Müsavat Partiyasının  xaricdə mühacirətdə olan bəzi üzvləri zəng edib ondan kömək istəyiblər:

“Onlar 3-5 min manat pul verdiklərini deyirlər. Müsavat Partiyası Məhdud Məsuliyyətli Cəmiyyətdir və həmişə pul yığmaqla məşğul olub. Onlar ölkə vətəndaşlarının etimadlarından sui-istifadə edib dələduzluqla məşğul olduqları üçün cinayət məsuliyyətinə cəlb olunmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam