Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Sosial şəbəkələrdən istifadə mədəniyyəti formalaşmalıdır"

 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun facebook-un bağlanması haqqında açıqlaması sosial şəbəkələrdə və KİV-lərdə ciddi etirazlarla müşayiət olunmuşdu. 
"Xeberinfo.com":   Məlumata görə, Əflatun Amaşov həmin etirazlara öz münasibətini şəxsi facebook profilində açıqlayıb:
"Bunu təbii qarşılayır və səslənən bütün fikirlərə hörmətlə yanaşıram. Məsələ belədir: mən heç bir halda texnoloji yeniliyin əleyhinə olmamışam. Sosial şəbəkələr də texnoloji yeniliyin məhsuludur. Cəmiyyətimizə xeyri də var, ziyanı da. Elə bir dövrdə yaşayırıq ki, ziyanını da hiss edirik. 
Təbii ki, bir çox şeylərin zamanla tənzimlənməsinə, yetkinləşməsinə ehtiyac var. Eləcə də bizlərin sosial şəbəkələrdən istifadə mədəniyyətinin formalaşmasına da... Bunun səviyyəsindən asılı olmayaraq sosial şəbəkələrə, həmçinin texnoloji yeniliklərin gətirdiyi məsələlərə münasibətimiz birmənalı şəkildə inzibati müstəvidə olmamalıdır. Mətbuat Şurasının fəaliyyəti də məhz bu prinsipə əsaslanır.
Mən bu günkü toplantıda konkret olaraq bir profillə bağlı fikir bildirmişəm. Yenə də o düşüncədəyəm ki, insanların şərəf və ləyaqətini aşağılamaq, işgüzar nüfuzunu ləkələmək yolu tutan sosial şəbəkə profillərinə münasibətdə sərt ölçü tədbiri götürülməlidir. Dünyanın bir çox demokratik ölkələrində bununla bağlı prosedurlar həyata keçirilməkdədir. 
Yəni texnoloji yeniliyin gətirdiyi imkanlar heç də kimlər üçünsə cəmiyyətdə qarışıqlıq yaratmaq məramına söykənməməlidir. Bunun acı nəticələrini Yaxın Şərqdə baş verən proseslərdə gördük. Eyni ssenarinin ölkəmizdə təkrarlanması bizlər üçün müsbət perspektiv vəd etmir. Buna görə də hesab edirəm ki, ilk növbədə ictimaiyyətin məsələyə düzgün və qəti reaksiyasının olması mütləqdir. 
Əgər hansısa profildə Azərbaycanı aşağılayan fikirlər yer alırsa və bu, məqsədyönlü şəkildə həyata keçirilirsə, təbii ki, məsələyə münasibətdə də konkret mövqenin ortaya qoyulması vacibdir. İnsanı təhqir edən hər hansı profillə bağlı Azərbaycan vətəndaşı öz hüquqlarını müdafiə etmək imkanına malik deyilsə, nəzərə alaq ki, bu da insan haqları pozuntusudur. Bir çox serverlər ölkədən kənarda yerləşir. Onlara təsir mexanizmi yoxdur. Belə olan halda nə etməliyik? 
Bunun yolu facebook sosial şəbəkəsini idarə edənlərə etiraz bildirməkdən keçir. Belə profillərin bağlanmasına nail olmalıyıq. Dediklərim bunlardan ibarət idi. O ki qaldı fikirlərimin facebookun bağlanmasına çağırış kimi qiymətləndirilməsinə, əzizlərim, tam əmin olun ki, Azərbaycanda belə bir geriyə addım heç vaxt ola bilməz. Sadəcə irəliyə doğru addımlarımız hər bir kəsin hüquqlarına hörmət üzərində qurulmalıdır. 
Hər birinizə uğurlar".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam