Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Azərbaycanda məmurlar bizneslə məşğul olmalarını qanuniləşdirmək istəyirlər”

 

"Xeberinfo.com":  Məlumata görə, ölkədə bizneslə məşğul olan vəzifəli adamlar bunu qanuniləşdirmək istəyirlər. Hətta bununla bağlı müəyyən addmların atıldığı, lakin sonda müsbət nəticə vermədiyi barədə xəbərlər var.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov məsələlə ilə bağlı Modern.az saytına maraqlı faktlar açıqlayıb:

“Belə fikirlər formalaşdırmağa başlayıblar ki, məmurlar, icra başçıları bizneslə məşğul ola bilərlər. Hətta buna görə qanunda dəyişiklik də etmək istəyirdilər”.

Deputat qanuna belə bir dəyişiklik cəhdinin qəti əleyhinə olduğunu bildirib: “Bəzi insanlar qanuna bu dəyişikliyin qəbulunun tərəfdarı olsalar da, mən əleyhinəyəm. Hazırkı qanunla məmurlar, icra başçıları, Milli Məclisin deputatları biznes fəaliyyətilə məşğul ola bilməzlər. Mən də məhz bu qanunun tərəfdarıyam.
Kimlərsə yeni qanunla məmurlara bizneslə məşğul olmaq imkanı verilməsini istəyirlər. Mənim fikrimcə, biznes biznesdir, hökumət hökumət. Bunu birləşdirməyin yeri yoxdur”.

“Azərbaycanda məmurlar bizneslə məşğul olmalarını qanuniləşdirmək istəyirlər”

Vahid Əhmədov onu da vurğulayıb ki, hökumət adamı dövlətin işi, əhalinin rifah halının yaxşılaşdırılması, sosial vəziyyətin təmin edilməsilə məşğul olmalıdır: “Məmurun vəzifəsi budur. Eyni zamanda Azərbaycanda sahibkarlığın, biznesin inkişafı üçün şərait yaradılmalı, maneə törədilməməlidir. Bəzi məmurlar var ki, gizlin şəkildə bizneslə məşğul olurlar. Nəticədə kifayət qədər kapital əldə edirlər. Mən o kapitalların leqallaşdırılmasının tərəfdarıyam ki, vəsait xaricə axmasın, Azərbaycanda qalsın. Düşünürəm ki, kapitalın leqallaşdırılması ilə bağlı qanun layihəsi qəbul edilməlidir. Qanunu da elə çərçivədə qəbul etmək lazımdır ki, dövlətin mənafeyinə ziyan gətirməsin”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam