Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Araz Ağalarova sərt xəbərdarlıq

 

Rusiyada futbol üzrə 2018-ci ildə keçiriləcək qalmaqallı dünya çempionatına (DÇ-2018) hazırlıq üzrə Təşkilat Komitəsi oyunların keçiriləcəyi stadionları inşa edən podratçılara xəbərdarlıq edib.  

 

"Xeberinfo.com":   Rusiya mətbuatının yazdığına görə, təşkilat komitəsi xəbərdarlıq edib ki, əgər stadionlar vaxtında tikilib istifadəyə verilməsə, podratçılar iri məbləğdə cərimə ödəməli olacaqlar.   Xəbərdarlığı alanlar arasında azərbaycanlı milyarder Araz Ağalarov da var. Ağalarovun “Crocus Group” şirkəti Kalininqrad və Rostov vilayətlərində iki stadionun tikintisini üzərinə götürüb.  

 

Podratçılara xəbərdarlıq edildiyi barədə məlumatı həm stadion inşasına cəlb edilmiş şirkətlərdəki mənbələr, həm də Rusiya hökumətindəki rəsmi şəxslər təsdiq ediblər. Məlumatda deyilir ki, cərimələr podratçı şirkətlərlə bağlanacaq əlavə müqavilələrdə əksini tapacaq.   Baş nazirin müavini, idman obyektlərinin tikintisini kurasiya edən İqor Şuvalovun aparatında bu məlumatı təsdiq ediblər. Bildirilib ki, cərimə xəbərdarlığı bəzi podratçıların tikintini ləngitməsinə görə edilib.   Məsələ burasındadır ki, oyunlar 12 stadionda keçirilməlidir. Hələlik isə onlardan cəmi 3-ü hazırdır.  

 

Ağalarovun şirkətinin Kalininqradda inşa etməyi planlaşdırdığı stadionda tikinti işləri hələ başlamayıb. Çünki ərazi bataqlıq olduğundan federal orqanların tikintiyə dair ekspertiza rəyi hazır deyil.   “Harada ki tikinti başlamayıb, podratçılar dərhal işə başlayıb sutka boyu dayanmadan işləməlidir. Harada ki tikinti hələ başlamayıb, 3 il ərzində onlar stadionu necə tikib təhvil verəcəklər?”- deyə podratçılardan biri şərh edib.   Ağalarovun nümayəndəsi isə bildirib ki, o, hər iki stadionun tikintisinə görə şəxsən məsuliyyət daşıyır.   “Obyektlər hökmən vaxtında təhvil veriləcək”,- mənbə bildirib.   Ağalarovun nümayəndəsi Vladivostokdakı Uzaq Şərq Universiteti kompleksinin tikintisini misal gətirib, “Crocus”un bu obyekti məhdud müddətdə tikib təhvil verdiyini xatırladıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam