Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Avroviziya-2015“-in birinci yarımfinalı İTV-də yayımlanmayacaq

 

2007-ci ildən Avropa Yayımları Birliyinin üzvü olan Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti həmin ildən Avroviziya mahnı müsabiqəsini yayımlamağa başlayıb

 

"Xeberinfo.com":   İTV ölkəmizdə bu müsabiqənin  yeganə yayımçısıdır və yayım hüququ müvafiq beynəlxalq sənədlərə əasaslanır.
Mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğın nəticəsində insanların faciəli şəkildə həlak olmalarını nəzərə alaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti bu il Avstriyada keçirilən Avroviziya mahnı müsabiqəsinin birinci yarımfinalını yayımlamamaq qərarı verdi.
Müsabiqə davam edir. 
İtv.az-a istinadən xəbərə görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti müsabiqənin bu günə nəzərdə tutulan ikinci yarımfinalını yayımlamaqla üzərinə götürdüyü beynəlxalq öhdəliyə və imzalanmış müqavilə şərtlərinə əməl etməyə borcludur.
17 ölkənin təmsilçisi səhnəyə çıxacağı və “Wiener Stadthalle” arenasında keçiriləcək gecədə Azərbaycan təmsilçisi Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə 11-ci sırada çıxış edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam