Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Türkiyədən quş məhsullarının idxalına qoyulan qadağa götürülməyib”

 

“Türkiyədə “quş qripi” xəstəliyinin yayıldığı vilayətlərdən quş məhsullarının idxalına tətbiq olunan qadağa aradan götürülməyib”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova deyib.
S. Rüstəmova bildirib ki, Beynəlxalq Epizootik Büro məlumat alınmamış həmin qadağa aradan götürülə bilməz: “Biz bütövlükdə Türkiyədən quş məhsullarının idxalına qadağa qoymamışıq. Qadağa “quş qripi”nin aşkarlandığı ərazilərə və ona qonşu vilayətlərə tətbiq olunub. Yenə bildirirəm ki, qadağa aradan qaldırılmayıb”.
Qeyd edək ki, Türkiyənin “Anadolu” agentliyinin verdiyi xəbərə görə, İzmir Yumurta İstehsalçıları Birliyinin başçısı Bedri Girit Azərbaycanın Türkiyədən quş məhsullarının idxalına qoyduğu qadağan aradan qaldırdığını deyib.
Xatırladaq ki, Türkiyədə toyuqlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova mayın əvvəlində sərəncam imzalayıb. Sərəncama görə, Türkiyənin Balikəsir, Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar, Manisa, İnebol, Qaraböyük və Kastamonuda “quş qripi”nin yayılması ilə əlaqədar həmin ərazilərdən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam