Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İnsanların ölümünə görə kim məsuliyyət daşıyır?

 

Binalar icra hakimiyyətlərinin sifarişi ilə üzlənir, yanan poliuretan məmulatlarla bağlı “Global Stone” MMC-yə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi uyğunluq sertifikatı verib, FHN isə poliuretan üzlüyün çətin yanan material olduğunu təsdiqləyib.

"Xeberinfo.com":  Mayın 19-da Bakının Binəqədi rayonunda yanan bina ilə bağlı məsuliyyəti aidiyyatı qurumlar üzərinə götürməkdən imtina edirlər. İlk olaraq Bakı şəhər və Binəqədi rayon İcra Hakimiyyətləri dəhşətli faktla bağlı məsuliyyəti üzərindən atıb. Ekspertlər isə bildirirlər ki, bu iki qurum başda olmaqla, bir çox dövlət orqanlarının bu yanğında məsuliyyəti var. 
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsi telefonuna cavab verən köməkçi xanım bildirib ki, bu problem onlarlıq deyil:“Sözügedən binada baş verən yanğınla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət edin, bizə yox...”
“Baş verənlərdə Bakı Şəhər İcra Hakimiyyətini, Hacıbala Abutalıbovu günahlandırırlar”, - fikirlərinə cavab olaraq, xanım belə deyib: “Bu məsələ Hacıbala müəllimlik deyil”. 
Modern.az-ın xəbərinə görə, xanım bir daha “müvafiq qurumlara müraciət edin”, - deyərək, telefonu söndürüb.
Binəqədi rayon İcra Hakimiyyəti də baş verən güclü yanğına görə məsuliyyəti öz üzərindən atıb. İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbov AzVision.az-a bildirib ki, yanğınla bağlı bütün məsuliyyət binada təmir işləri aparan şirkətin üzərinə düşür: “Təmir işlərini “Global Construction” şirkəti həyata keçirib. Odur ki, bütün məsuliyyət onların üzərinə düşür”.
Ekspertlər isə əksini düşünürlər. Onlar icra hakimiyyətlərinin məsələdə birbaşa məsuliyyətləri olduğunu vurğulayırlar. 
Hüquqşünas Əkrəm Həsənov bu məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, binaların üzvlənməsi üçün sifariş verənlər bu yanğınla bağlı birbaşa məsuliyyət daşıyırlar: “Böyük ehtimalla, bu, dövlət satınalması qaydasında həyata keçirilib. Yəni “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, başqa cür ola bilməzdi. Çünki belə hallarda sifarişçi ancaq dövlət olur və dövlət büdcəsi hesabına maliyyələşdirilir. Deməli, icraçı müsabiqə qaydasında müəyyən edilib. Böyük ehtimalla açıq tender yolu ilə... Çünki qiyməti azı 50 000 manat olan dövlət satınalması açıq tender yolu ilə aparılır. Nəzərə alsaq ki, orada bir deyil, bir neçə binada bu işlər aparılıb, deməli, açıq tender olmalı idi. Bu halda tenderi sifariş edən yəqin ki, ya Bakı şəhər İcra Hakimiyyəti, ya da Binəqədi rayon İcra Hakimiyyəti olub. Yəqin ki, sonuncu olub. Demək, sifarişçi odur. Demək, Binəqədi rayon İcra Hakimiyyəti tenderi elan edib, qalibi müəyyən edib və onunla müqavilə bağlayıb. Müqaviləyə əsasən, qalib gəlmiş şirkət işi görüb, yekunda da tərəflər təhvil-təslim aktı imzalayıblar. Yəni Binəqədi rayon İcra Hakimiyyəti işi yoxlayıb və qəbul edib. Əlbəttə, icraçı keyfiyyətə cavabdehdir. Amma sifarişçi də işin yoxlanmasına görə dövlət qarşısında cavabdehdir”.
Qeyd edək ki, sosial şəbəkələrdə də binaların üzlənməsinə görə məsuliyyət daşıyan qurumlarla bağlı sənədlər yayılıb. 
Məsələn, fasadları üzlənən binaların qarşısında işlərin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparıldığı yazılan lövhələr var: “Binaların fasadlarında və dam örtüklərində aparılan təmir-bərpa işləri Bakı şəhər İcra Hakimiyyəti tərəfindən aparılır”. 
Həmçinin, “Global Stone” MMC-yə verilən uyğunluq sertifikatı da ortaya çıxıb. Uyğunluq sertifikatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Global Stone” MMC-yə poliuretan məmulatlarla bağlı verilib. 
Həmçinin, Fövqəladə Hallar Nazirliyinin (FHN) “Global Stone” MMC-nin istehsal etdiyi poliuretan məmulatların çətin yanan material hesab etməsi barədə də sənədlər yayılıb. Vətəndaşın FHN-ə ünvanladığı müraciətə cavabda belə deyilir. FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən vətəndaşın sualına cavab olaraq, bildirilib ki, “Global Stone” MMC-nin istehsal etdiyi və kaparol boyası ilə işlənmiş poliuretan üzlük çətin yanan material hesab olunur. 
Qeyd edək ki, baş prokuror Zakir Qaralov da yanğın günü jurnalistlərə açıqlamasında bildirib ki, yanğın binanın üzlüyünün keyfiyyətsiz olması səbəbindən baş verib. 
Moderator.az isə Binəqədidə yanan bina ilə bağlı tikinti normalarını yaxşı bilən tanınmış mütəxəssis Rahab Qazıyevlə bu mövzuda danışıb. 
O, bildirib ki, dəfələrlə FHN-ə müraciət edərək, binalara çəkilən üzlüklərlə bağlı narahatlığını bildirib:“Demişəm, siz bilirsiniz ki, bu şəhər sanki saat mexanizmli bombanın üstündədir. Amma kimsənin vecinə olmadı. Guya bu gün yaxasını kənara çəkənlər həmin materialın təhlükəli olduğunu və tikinti üçün yaramadığını bilmirdilərmi? İndi komissiya yaradıb, nəyi öyrənməyə çalışacaqlar ki..? Gün kimi aydındır ki, o materialı binaların yaxınına da buraxmaq olmaz, amma bunların gözünü pul elə örtdü ki, millətin başına belə faciə gətirdilər. Özü də bu hadisə naşılıqdan və ya peşəkarlığın aşağı olmasından qaynaqlanmadı. Elə komissiyanın sədri təyin edilən baş nazirin müavini Abid Şərifovu götürək. Mən onu şəxsən tanıyıram və onu çox yaxşı mütəxəssis hesab edirəm, tikintini də beş barmağı kimi bilir. Məgər Abid müəllim görmürdü ki, şəhəri minalayırlar?” 
Ekspertin sözlərinə görə, binanı üzləmək üçün icazəni İcra Hakimiyyətindən almaq lazımdır: “Hər bir İcra Hakimiyyətində fövqəladənin də nümayəndəsi olur və o, bu işlərə nəzarət edir. Tikinti normalarında birmənalı olaraq yazılıb ki, tezalışan materialların tikintidə istifadəsi qadağandır. Amma bu gün ölkədə tikintidə xaos və pərakəndəlik hökm sürür. Heç bir layihə təsdiq olunmadan tikintisinə başlanılır. Bu isə yolverilməz haldır”.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam