Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Səhiyyə Nazirliyindən yanğının nəticələri haqda açıqlama

 

Xəstəxanalarda olan yaralıları həyati təhlükəsi yoxdur.  

"Xeberinfo.com":  Axar.az xəbər verir ki, bu barədə məlumatı Səhiyyə Nazirliyi yayıb. Nazirlik yaralıların qəbulu üçün əvvəlcədən xəstəxanaların hazırlıq vəziyyətinə gətirildiyini vurğulayıb:   “Bakı şəhəri, Binəqədi rayonunda Azadlıq-170 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar ən son məlumatlara əsasən, 50 nəfər yaralı artıq Təcili Tibbi Yardım maşınları ilə müxtəlif xəstəxanalara yerləşdirilib. Ümumilikdə xəsarət alanların sayı 50 nəfərdir. Aldıqları müxtəlif bədən xəsarətlərindən 14 nəfər dünyasını dəyişib.   Hazırda yaralıların əksəriyyəti, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində toksiki zəhərlənmə diaqnozu ilə yerləçdirilib. Digər yaralılar Elmi Təhqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı BŞX-na və Yanıq şöbəsinə yerləşdirilib.   10 nəfərə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardımın əməkdaşları tərəfindən yerindəcə yardım göstərilib.   Hazırda Səhiyyə Nazirliyinin müavinləri xəstəxanalardadırlar, yaralıların hazırkı vəziyyəti ilə şəxsən tanış olurlar və lazımi göstərişlər verirlər.   Yanğın başlanan andan etibarən hadisə yerində çalışan 30 Təcili və Təxirəsalınmaz Tibbi Yardımın briqadası artıq qayıtmaq üzrədir, lakin 3 briqada hazır vəziyyətdə hadisə yerində qalır.   Xəstəxanalarda olan yaralıları həyati təhlükəsi yoxdur”.   Qeyd edək ki, Səhiyyə Nazirliyinin rəsmi saytında 16:30-a olan məlumat üçün ilkin ehtimal olaraq 16 nəfərin dünyasını dəyişdiyi göstərilirdi. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam