Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bu gün “Eurovision” başlayır

 

Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində “Eurovision” mahnı müsabiqəsinin ilk mərhələsi başlayır

 

"Xeberinfo.com":  Axşam.az-ın məlumatına görə, "Wiener Stadthalle" arenasında baş tutacaq birinci yarımfinalda 16 ölkənin təmsilçisi səhnəyə çıxacaq. 
Mayın 21-də ikinci yarımfinalda isə digər 17 ölkə təmsilçisi öz mahnısını səsləndirəcək. 
Finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələr isə Avstriya, Almaniya, Fransa, İtaliya, Böyük Britaniya, Avstraliya və İspaniyadır. 
“Eurovision”ın final günü mayın 23-də baş tutacaq. 
Təmsilçimiz Elnur Hüseynov ikinci yarımfinalda 11-ci nömrə altında çıxış edəcək. O, “Hour of the Wolf” mahnısını səsləndirəcək. 
Türkiyə, Ukrayna mahnı müsabiqəsinə qatılmır. 
Avstraliyanın ilk dəfə qatıldığı builki müsabiqədə Çex Respublikası 5 il, Kipr və Serbiya isə 1 il aradan sonra yenidən iştirak edir.
Qeyd edək ki, keçən il Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Eurovision-2014” mahnı müsabiqəsini Avstriyadan Konçita Vurst “Rise Like a Phoenix” mahnısı ilə qazanmışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam