Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

 

Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi ordu generalı Nikolay Patruşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

"Xeberinfo.com":  Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə nazir E.Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, o cümlədən transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusilə beynəlxalq aləm üçün ən təhlükəli cinayətlərdən olan terrorçuluqla mübarizə sahəsində görülən işlər və digər aktual məsələlər haqqında danışmışdır.  Təhlükəsizlik məsələləri ilə əlaqədar qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi zərurətini önə çəkən general-polkovnik E.Mahmudov qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional sabitlik üçün yaratdığı təhdidlər, problemin hələ də həllini tapmamasından irəli gələn fəsadlar barədə ətraflı məlumat vermişdir. N.Patruşev göstərilən qonaqpərvərliyə, eləcə də hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər üzrə müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirmişdir. Qonaq Rusiya və Azərbaycan arasında çoxəsrlik tarixi-mədəni, dostluq və tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulamış, hər iki xalqın mənafelərinin, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması naminə ölkələrimizin aidiyyəti strukturları, o cümlədən xüsusi xidmət orqanlarının əməkdaşlıq münasibətlərinin dinamik inkişafını qeyd etmişdir. İşgüzar şəraitdə keçən görüşdə maraq doğuran bir sıra digər məsələlərə də dair fikir mübadiləsi aparılmışdır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam