Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“İsa Qəmbərin mövqeyi Müsavatın dağılmasına səbəb oldu”

 

“Müsavat Partiyasında proseslər elə cərəyan edir ki, artıq onu tənzimləmək çətindir. Yalnız hərəkətsizliklə partiya daxilində sakitlik yaratmaq olar. Yəni bataqlığa düşən çapalamamalıdır”.

"Xeberinfo.com":   Məlumata görə, bunu Modern.az saytına Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O, Müsavatda baş verən konfliktləri, istefaları şərh edərkən bildirib ki, partiya daxilində ziddiyyətli məqamlar yaranıbsa, tərəflər aktiv addımlar atmamalıdır.

Sərdar Cəlaloğlunun sözlərinə görə, Müsavatda əllərində imkan olanlar etiraz edənləri təşkilat sıralarından azad edirlər:

“Qarşı tərəf isə buna etiraz olaraq aksiya keçirir və öz tərəfdarlarını partiyadan çıxarmağa çalışır. Bununla da partiya dağılır. Partiyada mürəkkəb situasiya yarandığı gündən tərəflər hər hansı aktiv addım atmalı deyildilər”.

ADP rəhbəri qeyd edib ki, psixoloji sakitləşmə getdikdən sonra bütün problemləri həll etmək mümkün idi:

“Ancaq çox təəssüflər olsun ki, İsa Qəmbər də mövqe tutaraq çox aktiv hərəkətlərə imza atdılar. Bu da partiyanın qarşısı alınmaz dağılmasına gətirib çıxardı”.

Sərdar Cəlaloğlu hesab edir ki, bundan sonra Müsavat Partiyası özünün əvvəlki gücünü bərpa edə bilməyəcək: “Hətta partiyadan çıxarılan, istefa verən simalar bir araya gətirilsələr də, Müsavat əvvəlki gücündə olmayacaq. Yəni yamaqlı olacaq”.

Arif Hacılı 2014-cü ilin sentyabrında keçirilən qurultayda Müsavat Partiyasının başqanı seçildikdən sonra təşkilat daxilində ciddi qalmaqal yaranıb. Arif Hacılının apardığı siyasətə etiraz edənlərdən bəziləri partiya sıralarından xaric edilib, bəziləri isə özləri istefa verdiyini bəyan ediblər.

Məlumat üçün onu da bildirək ki, Sərdar Cəlaloğlu İsa Qəmbərin başqanlıq postunda qalmasını istəyirdi. O, qurultaydan əvvəl dəfələrlə bəyan edirdi ki, İsa Qəmbər başqanlıqdan gedərsə, partiyada konfliktlər yaranacaq. Görünən isə odur ki, Sərdar Cəlaloğlunun proqnozları özünü doğrultmaqdadır.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam