Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ağdaşda DƏHŞƏT: "Ata qızını zorladı"

 

Bu hadisəni eşidən “ata”nın qardaşı intihar edib

"Xeberinfo.com":  APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağdaş rayonunun Qulbəndə kəndində qeydə alınıb.
Kənd sakini, 1968-ci il təvəllüdlü Cəfərov İlqar Rasim oğlu özünü həyətdəki tövlədə asaraq intihar edib.
İki uşaq atası İ. Cəfərovun özünə qəsd etməsinin səbəbinin isə qardaşı, 1967-ci il təvəllüdlü Cəfərov Asim Rasim oğlunun öz qızını zorlaması barədə qızın anasının polisə şikayət ərizəsi yazması olub.
Məlumata görə, kənd sakini 1974-cü il təvəllüdlü Cəfərova Mətanət Əbülhəsən qızı Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı Asim Cəfərov evdə öz qızı, 1994-cü il təvəllüdlü C. S.-nı zorlayıb.
Ana qızının hamilə qalmasını görəndən sonra məsələdən xəbər tutub, şikayət etmək qərarına gəldiyini bildirib.
Qonşuların bildirdiyinə görə, C.S. bir neçə il öncə başqa bir oğlanla qeyri-rəsmi şəkildə ailəli olub və 3 ay onunla birgə yaşadıqdan sonra boşanaraq atasının evinə gəlib.
Ana bu günlərdə qızının hamilə qaldığını öyrənib. O, izahatında qızının atası tərəfindən zorlandığını bildirib və 3 uşağını da götürərək Ağdaş şəhərinə – atasının evinə gedib.
Qonşuların sözlərinə görə, C.S. da atası tərəfindən zorlandıqdan sonra hamilə qaldığını bildirib. Polis əməkdaşları Asim Cəfərovu şübhəli şəxs qismində saxlayıblar.
A. Cəfərovun bu hadisəni eşidən qardaşı İ. Cəfərovun isə özünü asdığı bildirilir.
Hər iki faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi və Prokurorluğu tərəfindən araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam