Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Heydər Əliyev onu tam səviyyəsi və gücü ilə Azərbaycan xalqına qaytardı"

 

Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan mədəniyyətinin və dilinin inkişafında gördüyü işlər ölkəmizin mədəniyyət və dil tarixində xüsusi bir dövrdür

"Xeberinfo.com":   Məlumata görə, bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
N.Cəfərovun sözlərinə görə, Azərbaycan tarixində çox nadir şəxsiyyətlər, dövlət xadimləri tapmaq mümkündür ki, onların fəaliyyətini Heydər Əliyevin mədəniyyətin və dilin inkişafı sahəsindəki fəaliyyəti ilə müqayisə etmək olsun.
Komitə sədri qeyd edib ki, Heydər Əliyevin mədəniyyətin inkişafı sahəsində gördüyü işlər yalnız müstəqillik dövrü ilə bağlı deyil: “Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən Azərbaycan mədəniyyətinin intibah dövrü başlayıb və bunu da səciyyələndirən çoxlu sayda mədəniyyət hadisəsi var. Azərbaycan ədəbiyyatına, Azərbaycan incəsənətinin müxtəlif sahələrinə, Azərbaycan dilinə çox böyük diqqət yetirilib, ciddi və davamlı təşkilatçılıq işləri görülüb. Burada bir sıra prinsipləri qeyd etmək olar. Amma bütün bunlar da Heydər Əliyevin fəaliyyətinin ümumi miqyasını əhatə etmir”.
N.Cəfərov vurğulayıb ki, hər şeydən əvvəl, Heydər Əliyevin formalaşdırdığı və müstəqillik dövründə də davam etdirilən mədəniyyət siyasətinin ən mühüm hissəsini indiyə qədər xalqın yaratmış olduğu mədəniyyətə xüsusi qayğının göstərilməsi təşkil edir: “Yəni tarix boyu Azərbaycan xalqının yaratdığı mədəniyyətin qorunması, təbliğ olunması, klassiklərin xalqa tanıtdırılması istiqamətində müxtəlif tədbirlər və s. keçirilir. Bu çox vacibdir, çünki xalq bəzən yaratdığı mədəniyyəti unuda da bilir. Misal üçün, Dədə Qorqud eposunun yubileyinin keçirilməsini deyə bilərik. Əsrlər boyu bu nəhənglikdə əsər ya unudulub, ya da ortaya çıxandan sonra dövlət tərəfindən qadağan olunub. Amma Heydər Əliyev onu tam səviyyəsi və gücü ilə Azərbaycan xalqına qaytardı. Nizami, Füzuli, Vaqif kimi söz ustadlarının, eləcə də mədəniyyətimizin və incəsənətimizin ən müxtəlif sahələrinə aid abidələrin xalqa tanıtdırılması Heydər Əliyevin mədəniyyət siyasətinin əsasını təşkil edir”.
O, əlavə edib ki, ulu öndər Heydər Əliyevin mədəniyyət quruculuğu sahəsində gördüyü ikinci mühüm iş müasir dövrdə yaşayan mədəniyyət və incəsənət xadimlərinə xüsusi diqqət yetirilməsidir: “Çünki incəsənəti, mədəniyyəti, ədəbiyyatı böyük istedadlar yaradır və yaşadırlar. Heydər Əliyevin dövründə yaşayan bütün mədəniyyət xadimlərinə, istedadlara qayğı göstərilib, onlara mükafatlar verilib, yaradıcılıqlarının inkişafı üçün işlər görülüb, cəmiyyətdə nüfuzları yüksəldilib”.
N.Cəfərovun sözlərinə görə, üçüncü mühüm məsələ isə Azərbaycan mədəniyyətinin müasir şəraitdə həm inkişafı, həm dünyada tanıdılması, həm də dünya mədəniyyətinin Azərbaycanda tanıdılması idi: “Yəni bugünkü bazar münasibətləri şəraitində mədəniyyəti qorumağın prinsiplərinin hazırlanması da çox mühüm məsələdir. Çünki müasir dövr tamamilə fərqli iqtisadi münasibətlər sistemində özünün yeni prinsiplərini diktə edir. Azərbaycan mədəniyyətinin buna uyğunlaşdırılması, müasir dünya ilə ayaqlaşa bilməsi üçün prinsiplərin işlənib həyata keçirilməsi də Heydər Əliyevin mədəniyyət quruculuğu siyasətinə məxsusdur”.
Ümummilli liderin Azərbaycan dilinin inkişafı sahəsində gördüyü işlərdən danışan N.Cəfərov bildirib ki, heç şübhə yoxdur ki, Azərbaycanda dil siyasətinin birmənalı şəkildə formalaşması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ulu öndərin adı ilə bağlıdır: “Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ulu öndərin sayəsində ana dilinin – dövlət dilinin ictimai-siyasi nüfuzunun yüksəldilməsi ilə bağlı bir sıra hüquqi sənədlər qəbul edilib. Ümummilli lider Heydər Əliyevin milli dil quruculuğu siyasəti onun milli dövlət quruculuğu siyasətinin tərkib hissəsi olaraq bütöv bir sistem təşkil edir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən son dövrə qədər apardığı dil siyasətində hər hansı bir tərəddüdə, yaxud təsadüfə nə nəzəri, nə də təcrübi olaraq rast gəlinmir".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam