Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Binəqədidə Ulu Öndər Heydər Əliyevin 92 illiyi münasibətilə gül bayramı keçirilib

 

Binəqədi rayonunda  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon gül bayramı keçirildi.

"Xeberinfo.com":  Mayın 1-də rayonun 6-cı mikrorayon, Ü.Hacıbəyov küçəsində keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Rafael Cəbrayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, rayon hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Bayram tədbirində Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar təbii güllər və çiçəklərdən hazırlanmış müxtəlif növ idman növlərini simvolizə etdirən kompozisiyalar nümayiş etdirildi. Müxtəlif növ çiçək və bitkilərdən hazırlanan və ifadəliliyi ilə seçilən rəngarəng kompozisiyaların görünüşü sakinlərdə xoş ovqat yaratdı. Ümummilli Lider Heydər Əliyevin portreti və imzasını əks etdirən kompozisiya xüsusi maraqla qarşılanan komponentlərdən oldu.

 Heydər məscidindən başlayaraq 246 saylı məktəb istiqamətində Üzeyir Hacıbəyov küçəsi boyunca yolun hər iki tərəfində rayonun orta məktəblərinin şagirdləri, eləcə də uşaq bağçalarının körpə fidanları tərəfindən hazırlanmış sərgilər, rəqslər, bədii qiraət və uşaqların ifasında müxtəlif idman növlərinin nümayişi bayram şənliyinə xüsusi ovqat qatdı.

 

Rayon rəhbərliyi və qonaqlar kompozisiyalara baxış keçirdikdən sonra Ulu öndərin anadan olmasının 92 illiyinə həsr olunan konsert proqramına tamaşa etdilər. İlk öncə Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş “Qızıl Aypara” Cəmiyyətinin rayon şöbəsinin sədriAfət Quliyevaya “Tərəqqi” medalını təqdim edərək onu təbrik etdi.  Daha sonra konsert proqramı nümayiş etdirildi. Konsertdə respublikanın tanınmış incəsənət ustalarının və rayonun istedadlı gənclərinin ifasında Azərbaycana və Ulu öndərə həsr olunan, könül oxşayan mahnılar və şeirlər səsləndirildi. 






























Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam