Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İcra başçısı 1 milyonluq maşın, 2 milyonluq villa alıb

 

Vaqif Abdullayev «Gənclik»dəki malikanəsini təmir etdirir, «Bugatti»ni isə yalnız Bakıda sürür 

"Xeberinfo.com":  Azərbaycanda əksər icra başçıları vəzifə başına keçdikdən sonra həm sərvətlərini artırır, həm də özlərinin imkanlarını genişləndirirlər. Elə bu səbəbdəndir ki, onların bahalı maşınlar, evlər, villalar aldığı barədə mütəmadi olaraq məlumatlar ortaya çıxır .

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Beyləqanın icra başçısı Vaqif Abdullayev də əksər həmkarlarından geri qalmayan dövlət məmurlarından biri sayılır. Verilən məlumatlarda deyilir ki, bu yaxınlarda oğluna ad günündən 280 min manatlıq maşın bağışlayan rayon rəhbəri özünü də unutmayıb. 

Belə ki, Beyləqanın rəhbəri bu yaxınlarda özünə dəyəri 1 milyon manat olduğu deyilən «Bugatti» markalı avtomobil aldığı vurğulanır. İddia edilir ki, həmin maşını sözügedən şəxs ancaq Bakıda sürür. Rayonda isə xidməti maşını ilə hərəkət edərək, camaatın onun hansı bahalı avtomobil sahibi olduğunu gizlədir. 

JAM.AZ-a verilən məlumatda o da qeyd olunur ki, Vaqif Abdullayev həmçinin çox bahalı bir villanın da sahibidir. Onun «Gənclik» metrosu yaxınlığında bu yaxınlarda özünə 1,6 milyon manata villa aldığı deyilir. Bildirilir ki, icra başçsı artıq bir müddətdir onun təmiri ilə məşğul olur. Elə buna görə də, onu rayonda az-za görüldüyü deyilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam