Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“TANAP-da əsas rolu İran oynayacaq, nəinki Azərbaycan”

 

Natiq Cəfərli: “Ən optimal variant o olardı ki...”

 

"Xeberinfo.com":  Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycan, Türkiyə, Türkmənistan və Avropa İttifaqı arasında dördtərəfli görüş keçirilib. Görüşün əsas məqsədi Türkmənistan təbii qazının Trans-Anadolu Boru Xətti (TANAP) layihəsinə cəlb olunması ilə bağlı müzakirələrin aparılması olub. 
Görüşdən sonra Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, müzakirələrin yekununda Türkmənistanın təbii qazının qiymətləndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu və birgə bəyanat imzalanıb. “Bu Anlaşma Memorandumunun Türkiyənin enerji siyasəti baxımından böyük faydası olacaq”, - deyə nazir bildirib. 
 
Həmçinin, qeyd edilir ki, İran tərəfi TANAP-a qoşulmaq üçün layihədə pay sahibi olanlara müraciət etməyib. Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib. “Biz TANAP-a gələcəyi perspektivli bir layihə kimi baxırıq. TANAP genişləndirilə biləcək böyük bir boru xəttidir. Onun vasitəsilə nəinki Azərbaycanın, hətta İranın, Türkmənistanın, İraqın da qazını nəql etmək imkanı var”, - deyə R.Abdullayev qeyd edib. O, əlavə edib ki, TANAP regionun “ən böyük arteriyası olaraq qalacaq”.
“France Presse” agentliyi isə xəbər verir ki, Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç türkmən qazının Xəzərin dibi ilə nəql olunmasının 2019-cu ildən başlana biləcəyini söyləyib. Sefcovic aydınlıq gətirib ki, hər iki variant - yəni türkmən qazının Transxəzər kəməri və İran ərazisi ilə nəqli variantları müzakirə edilib. O əlavə edib ki, İranla Qərb arasında diplomatik münasibətlər hazırda müsbət axarda inkişaf edir.
Sefcovicin sözlərinə görə, Avropa Birliyi (AB) İranla dünyanın 6 gücü arasında davam edən nüvə danışıqlarının hərtərəfli sazişin imzalanması ilə başa çatacağına ümid bəsləyir. 
İran rəsmiləri bundan əvvəl həmişə bildirirdilər ki, qazın Xəzərin dibi ilə nəqli iqtisadi baxımdan sərfəli deyil və ən yaxşı marşrut türkmən qazının İran ərazisi ilə nəqlidir. Xəbər verilir ki, dənizin dibi ilə kəmərin çəkilişi 5 milyard dollara başa gələ bilər, lakin dənizin bölüşdürülməsi məsələsinin özü hələlik mübahisəli olaraq qalır.
Türkmənistan qazının birbaşa İran ərazisi ilə nəqli Azərbaycanı bu layihədən kənarda qoyardı. Digər tərəfdən, qazın Transxəzər kəməri ilə nəqli variantı dənizin statusu məsələsinə görə Tehranın mövqeyindən asılı olacaq. Belə bir şəraitdə Tehranın Tansxəzər layihəsində maraqlı olmayacağı bəllidir. Transxəzər layihəsinə Rusiyanın da mənfi münasibət bəslədiyi bəllidir. Moskva dənizin dibi ilə kəmər çəkilişinin və qazın nəqlinin ekoloji baxımdan riskli olduğunu bildirir.
Layihəyə görə Transxəzər kəməri ildə 30 milyard kubmetr qazı Avropa İttifaqına nəql etməlidir. Ekspertlər bildirirlər ki, türkmən qazının İran vasitəsilə nəqlinə dair ortalıqda hələlik heç bir layihə yoxdur. Lakin Avropa İttifaqının iqlim və energetika komissarı Miguel Arias deyib ki, İrana Rusiyadan yan keçən “cənub dəhlizlərindən” biri kimi baxılır. 
Ekspert Natiq Cəfərli isə musavat.com-a açıqlamasında bildirib ki, Türkmənistanda baş tutan görüşlə bağlı maraqlı və bir-birinə zidd məlumatlar dolaşır: “Azərbaycan mediası əsasən bu görüşdə türkmən qazının Azərbaycan üzərindən Avropaya nəqlini artıq həll olunmuş məsələ kimi təqdim etməyə çalışır. Arzu edək ki, belə olsun. Azərbaycan üçün çox vacib olardı. Çox yaxşı olardı ki, Türkmənistan qazı Azərbaycan üzərindən gələcəkdə TANAP-a qoşulmaq ilə Avropaya nəql olunsun. Amma söhbət ondan gedir ki, Transxəzər qaz kəmərinin çəkilməsi haqqında söhbətlər 90-cı illərin ortalarından səngimir. Yəni 20 ildir artıq bu danışıqlar davam edir. Bunun qarşısında duran ən böyük maneə Xəzərin statusunun müəyyən olunmaması, Rusiya və İranın Transxəzər kəmərinə müxalif qalmasıdır.
 Yəni layihənin həyata keçirilməsində onların marağının olmamasıdır. Əsas da Rusiyanın heç marağında deyil bu qərar həyata keçirilsin və Transxəzər kəməri çəkilsin. Rusiyanın da veto qoymaq hüququ var. Hələ ki, Xəzərin statusu müəyyən olunmadığından, Moskva əlindən gələni edəcək ki, bu kəmərin realizə olunmasının qarşısı alınsın. Bunun üçün kifayət qədər əlində rıçaqlar da var”. 
Ekspertin sözlərinə görə, digər bir variant və daha ağlabatan variant Türkmənistan qazının İran üzərindən Türkiyəyə çatdırılmasıdır: “Türkmənistan qazının gələcəkdə İran üzərindən Türkiyəyə, oradan da TANAP-a qoşulmaqla bağlı Avropaya çatdırılması məsələsi önə çəkilir. Bu, daha real görünən variantdır. Gələcəkdə doğrudan da Türkmənistan qazı Avropaya gedəcəksə, İran üzərindən keçməklə, Türkiyədən TANAP-a qoşulmaqla Avropaya çatdırılması daha məntiqli v real görünür. Digər tərəfdən də TANAP-ın özünün qaz götürmə qabiliyyəti o qədər güclü deyil ki, Azərbaycan tərəfi indidən artıq İranın, Türkmənistanın, İraqın bu layihəyə qoşulacağı haqqında çox optimist bəyanatlar verir. Amma TANAP layihəsinin maksimal gücü 30 milyard kubmetr qaza hesablanıb ki, bunun da təqribən 16 milyardını Azərbaycan verməyi planlaşdırır - 6 milyardını Türkiyə üçün, 10 milyardını Avropa üçün.
2020-ci ildə bu, belə nəzərdə tutulub. İraqın, İranın, Türkmənistanın qazının da bu boruya qoşulması mümkün deyil, boru xəttinin gücü buna yetərli deyil. Gələcəkdə bununla bağlı problemlər yaşana bilər. Azərbaycan qazı əgər borunun az qala yarısını tutacaqsa, qalan hissəsini hansı ölkənin qazı dolduracaq, bu, maraq doğurur. Həm Türkmənistan, həm İranın, həm də İraqın kifayət qədər qaz potensialı var. 
Onların hamısının TANAP-a qoşulması mümkünsüz olacaq. Mənim fikrimcə, çox optimal variantlardan biri belə olacaq. İranın Türkmənistanla sərhəd bölgələrində, yəni şimal bölgələrində qazlaşma həddindən artıq aşağı səviyyədədir. İranın əsas qaz yataqları isə cənubdadır. Yəni gələcəkdə ola bilər ki, Türkmənistanla İran arasında və Avropa Birliyinin iştirakı ilə belə bir razılaşma olsun ki, İranın şimalının qazlaşdırılmasında türkmən qazından istifadə edilsin. Türkmənistan qazını İranın şimalına versin, çünki bu, İrana da sərf edir. Bunun əvəzində isə İran öz qazını Türkmənistan qazı adı ilə Türkiyə vasitəsilə TANAP-a qoşsun. Bu, daha optimal variantdır. Çünki Türkiyə ilə İran arasında 22-24 milyard kubmetrlik qaz kəməri mövcuddur. 
Bu kəmərin sonradan TANAP-a qoşulması məsələsi gündəmə gələcək ki, bu da böyük xərc tələb etmir. Yəni Transxəzər kəməri alınsa və Azərbaycan üzərindən getsə, bu, çox yaxşıdır. Azərbaycanın gələcəkdə tranzitdən xeyli dərəcədə gəlir əldə etməsinə imkan yaradacaq. Amma Rusiya ilə İranla bağlı bu kəmərin çəkiləcəyinə ümid çox aşağıdır. İnanmıram ki, yaxın gələcəkdə bu, realizə olunsun. Həm də Azərbaycanın özünün də qaz potensialı kəməri yarısına qədər doldurmaq imkanına malikdir. Yerdə qalan 14-15 milyard kubmetr qazın iki ölkə arasında bölüşdürülməsi o qədər də effekt verməyəcək. Gələcəkdə çox güman ki, İran boruya qoşulmaqla Türkmənistandan alınan qazın əvəzinə öz qazını boru kəmərinə ötürmək vasitəsilə bunu həyata keçirə bilər. Yəni çox güman ki, əsas rolu burada İran oynayacaq, nəinki Azərbaycan”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam