Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Həmin vaxt Ermənistan istədiyi təzminatdan çox qazanardı”

 

“Türkiyədə Çanaqqala zəfərinin, Ermənistanda isə qonadarma erməni soyqırımı ilə bağlı tədbirlərin keçirilməsinin iki ölkə arasında siyasi baxımdan müsbət və ya mənfi heç bir dəyişikliyə səbəb olmayacaq. Burada ən böyük məyusluğu ermənilər yaşayacaq”. 

"Xeberinfo.com":  Məlumata görə, bunu Modern.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə deyib.
Onun fikrincə, qondarma soyqırımı ilə bağlı 100 illiyin keçirilməsinin ermənilərə heç biri xeyri olmadı: “Həmişə ermənilər gözləyiblər ki, 100 illlik olsun. Bu, 100 ilik olsa belə, onlara hər hansı faydası olmadı. Ermənilər deyirlər ki, Türkiyədən təzminat alacaq və bunun hesabına dövlət quracaqlar.
Əgər Ermənistan vaxtında Azərbaycanla sülh bağlasaydı, Türkiyə ilə sərhədləri açsaydı, onlar üçün yaxşı olardı. Həmin vaxt ermənilər Türkiyədən istədiyi təzminatdan qat-qat artıq qazanardılar və Ermənistan indi çiçəklənən bir dövlət olardı. Bəlkə bu 100 illik keçdikdən sonra papaqlarını qarşılarına qoyub bundan sonra nə edəcəklərini fikirləşsinlər. Çünki 100 illik onlara heç nə vermədi”.
Ekspert Türkiyənin dünyada böyük dövlət olduğunu vurğulayıb: “Türkiyə Ermənistanın tayı deyil. Türkiyə bir dövlət olaraq çox böyük qüdrətə sahibdir. Ona görə də Türkiyənin parlaq keçmişi və çiçəklənən bu günü olduğu kimi, bir o qədər də gözəl gələcəyi olacaq. Əsas nəticə budur. Ermənilər gərək bunu başa düşsünlər. Bir çox dövlətlər Türkiyənin qüdrətli inkişafından narahatdırlar.
Şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putinin “soyqırımı” sözünü işlətməsi hər iki dövlətin əlaqələrinə mənfi təsir göstərəcək. Fransa isə Türkiyə ilə hesablaşır. Ona görə də Türkiyə özünü Fransa və Rusiyaya qarşı tam müstəqil bir dövlət hesab edir. Onlardan heç bir asılılığı yoxdur. Həqiqət budur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam