Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Çanaqqala sülh mesajı baxımından bütün xalqlara örnək olmalıdır"

 

"Xeberinfo.com":   ANS PRESS-in məlumatına görə, bu gün Çanaqqala zəfərinin 100 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, 100 il əvvəl Gelibolu yarımadasında vətənlərini, şərəflərini qoruyan əsgərlər cəsarətlə ölümün üzərinə getdilər: "Dünyanın dörd bir tərəfindən gələn əsgərlər də əzm və cəsarətlə döyüşdülər. Hər birini ehtiramla yad edirik. Çanaqqala savaşı xalqların ortaq hafizəsində yer alıb. Çanaqqala həm qələbəmizin simvolu, həm də böyük itkilərimizin olduğu bir məkandır. Ona görə də Çanaqqala haqqında türkülər bu gün də yaşayır. Bizim vəzifəmiz yeni müharibələrin yaşanmaması, gənclərin arzuları məzara gömülmədən üzərimizə düşənləri yerinə yetirməkdir. Mən burada hər birimizin adından sülhün bütün dünyaya hakim olması uğrunda iş görməkdə qərarlı olduğumuzu bir daha bəyan edirəm”.

Ərdoğan bildirib ki, Birinci Dünya müharibəsinin sarsıdıcı izləri hələ də qalır: "Çanaqqala döyüşü bu savaşda iştirak etməyən xalqların da taleyinə təsir etdi. Bu savaşın dolayısilə təsir etdiyi xalqların nümayəndələri də bu mərasimə qatılıblar. Bütün dünyaya sülh mesajı vermək baxımından Çanaqqalanın, Gelibolunun çox münasib yer olduğunu düşünürəm. Çünki bu döyüşün özündə də humanist mesajlar olub”.

Türkiyə Prezidenti həmçinin dünyaya barış mesajı da verib: "Çanaqqalanın yeni düşmənlər qazanmaq deyil, sülh mesajı baxımından bütün xalqlara örnək olmasını istəyirik. Terrorizmin, irqçiliyin, islamofobiyanın çarəsi buradadır. Biz bu yüz ili sülh əsrinə çevirmək üçün hər cür əməkdaşlığa hazırıq. Çanaqqalada döyüşmüş hər bir qəhrəmanın ruhu qarşısında ehtiramla baş əyirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam