Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ağsu məktəblərində biabırçılıq

 

 

 

     Müəllim və şagirdlərdən məcburi pul yığılır

      "xeberinfo.com":  Ağsu rayonunun təhsil sistemində biabırçı vəziyyət yaranıb. Bu barədə rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, rayonun təhsil şöbəsi rayon üzrə təhsilin səviyyəsini artırmaq əvəzinə, orta məktəbləri bazara çevirib. Rayon təhsil şöbəsinin müdiri Tahir Xası bütün orta məktəblərə özünə yaxın şəxsləri direktor təyin etməklə məktəbləri şəxsi obyekti kimi idarə edir. Hazırda kənd məktəblərində Tahir Xasının tapşırığı ilə pul yığımına başlanıb: “Təhsil şöbəsinin müdiri bütün məktəblərdə hər müəllimdən 30 manat pul yığdırır. Bu pullar məcburi yığılır və adını da qoyublar ki, guya müəllimlərin evlərinin sığorta puludur. Əslində isə müəllimlərin əksəriyyəti öz evlərində yaşamadığı halda şöbə müdirinə 30 manat ödəyir. Daha doğrusu, Tahir Xası bu pulu bütün müəllimlərdən məcburi alır. Təhsil Şöbəsinin müdiri bildirir ki, həmin pullar rayonun icra başçısı Ənvər Seyidəliyevə çatır. Buna görə də müəllimlər həmin pulu ödəmək məcburiyyətində qalır. Məktəblərdən bu pulları isə məktəb direktorunun müavinləri yığır”.

      Sakinlər orta məktəblərdəki biabırçılıqlarla bağlı daha bir fakt açıqlayır. Məlumata görə, orta məktəblərdə köhnə paltarlar təzə adı ilə satılır və hər şagirddən 5 manat tələb olunur. Məktəblərin odunla qızdırılmasına gəlincə isə, qaz yanacağı olmayan bütün orta məktəblər şagirdlərin hesabına qızdırılır. Yəni, hər şagird hər səhər evdən gələndə özü ilə odun və digər yanacaq növü gətirməsə, həmin şagird məktəbə, dərsə buraxılmır. Rayon İcra Hakimiyyətinin büdcəsindən hər il orta məktəblərin qızdırılmasına ayrılan milyonlar isə müəmmalı halda yoxa çıxır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam