Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

"Banklar kredit strategiyasına dəyişiklik etməlidir"

 

Devalvasiyadan sonra banklar manatla verilən kreditlərin demək olar ki, dayandırıblar. Tək-tük bank hazırda milli valyutada kredit verir. Onun şərtləri ağır olduğundan hamı üçün əlçatan deyil. Ekspertlər bildirirlər ki, bank sektorunun kredit qoyuluşu faktiki olaraq tormozlanıb. 
"Xeberinfo.com":  Ekspert Samir Əliyevin sözlərinə görə, banklar xarici valyutada kredit təklif edir, əhali və sahibkarlar isə manatla kredit istəyir: “Hər ikisi özünü potensial devalvasiyadan qorumaq üçün dollarda borc verib, manatla borc almaq istəyirlər. Əhali sürətli şəkildə əmanətlərini dollara çevirirlər. 2015-ci ilin yanvar-fevral aylarında dollar əmanətlərinin payı 38,5 faizdən 62,3 faizə yüksəlib. Bu müddətdə dollar kredit qoyuluşunda da mövqeyini möhkəmləndirərək payını 27,3 faizdən 40,5 faizə yüksəldə bilib. Maraqlı odur ki, ümumi kredit qoyuluşunda dolların xüsusi çəkisinin sürətli artımı fonunda istehlak kreditlərində payı cəmisi 31 faiz təşkil edib. Halbuki 2 ay öncə 24,6 faiz olub”. 
Ekspertin sözlərinə görə, banklar hazırda əsasən dollar krediti təklif edir: Bir tərəfdən xarici öhdəlikləri, digər tərəfdən depozitlərin dollarlaşması bankların manatla kredit vermək imkanlarını məhdudlaşdırır. Üstəgəl, cəmi öhdəliklərin yarısını təşkil edən və ildən-ilə artan xarici öhdəliklər bankların devalvasiya gözləntilərinə qarşı həssaslığını artırır. Kreditləşmənin indiki səviyyəsi təkcə əhali və sahibkarlar üçün deyil, həmçinin banklar üçün problem yaradır. Bankların faiz gəlirlərinin azalması baş verəcək ki, bu da kredit təşkilatlarının onsuz da yaxşı olmayan maliyyə vəziyyətini daha da pisləşdirəcək”. 
S.Əliyev qeyd edib ki, banklar kredit strategiyasına dəyişiklik etməlidir: “Bunun ən uğurlu yolu dollarla verilən kreditlərin faiz dərəcəsinin aşağı salınması ola bilər. Bank əmanət cəlbində dollar əmanətlərinin faizini kəskin azaldıblar. Artıq manat əmanətləri ilə dollar əmanətləri arasında fərq xeyi artıb. Yəni, dollarla vəsait cəlbi nisbətən ucuzlaşıb. Bu ucuzlaşmadan istifadə edərək banklar təcili sürətdə dollarla kredit təklifini əhəmiyyətli yumşaldaraq faiz dərəcəsini aşağı salmalıdır. Bu halda əhali ucuz dollar kreditinə üz tuta bilər”.

 

Musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam