Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

“Səudiyyə krallığı Yəməndə legitimliyi bərpa edir”

 

Azərbaycan parlamentinin deputatları Fəttah Heydərov, Bəxtiyar Əliyev, Mahir Aslanov və Qalib Salahzadə Səudiyyə Ərəbistanında səfərdədir.

"Xeberinfo.com":  Məlumata görə, prezident İlham Əliyevin bu ölkəyə geniş rezonans doğurmuş səfərinin ardınca baş tutan bu səfər Səudiyyə Ərəbistanı-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun dəvəti ilə həyata keçirilir.

Aprelin 11-də başlayan və 17-dək davam edəcək səfər çərçivəsində bu ölkənin parlament rəhbərliyi, parlamentlərarası dostluq qrupunun üzvləri, Ticarət və Sənaye Nazirliyinin məsul şəxsləri, ər-Riyad şəhərinin qubernatoru, Elm və texnologiyalar şəhərciyinin elm xadimləri və digər şəxslərlə görüşlər nəzərdə tutulub.

Görüşlərdə parlamentlərarası münasibətlərin inkişafı, mədəniyyət, elm və texnologiyalar sahələrində əməkdaşlıq barədə müzakirələr aparılır.

Səudiyyə Ərəbistanının “Arab News” portalının məlumatına görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi deputat Fəttah Heydərov aprelin 13-də Səudiyyə parlamentinin vitse-spikeri Amin əl-Cəfəri ilə görüş keçirib. Görüş zamanı Fəttah Heydərov deyib ki, Səudiyyə Ərəbistanı kral Salmanın rəhbərliyi altında dünyada sülhün və sabitliyin möhkəmləndirilməsində, münaqişəli məsələlərin, o cümlədən Yəməndə legitimliyin təmin olunmasında müdrik siyasət yürüdür.

Azərbaycan nümayəndə heyətinin rəhbəri onu da bildirib ki, iki ölkə parlament rəsmiləri arasında danışıqlarda regional məsələlərlə yanaşı ikitərəfli münasibətlərin inkişafına da diqqət yönəldilir.

Virtualaz.org


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr