Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“BAYRAMOV QARDAŞLARI”NIN MÜBHƏM TENDER ƏMƏLİYYATLARI

 

İddiaya əsasən Azər Bayramovun göstərişi ilə icra hakimiyyətlərinin gördüyü işləri yoxlayan heyət rayonlara ayrılan ümumi vəsaitin 5 faizini nəğd şəkildə alırlar. Ölkə miqyasında hər bir təhsil şöbəsi ildə minimum 1-2 milyon manatlıq tender elan edirlər və bu tenderlərin böyük əksəriyyəti sadəcə kağız üzərində olur

"Xeberinfo.com":  Heç kimə sirr deyil ki, Maliyyə Nazirliynin nəzarəti altında olan Satınalmalar üzrə Dövlət Agentliyinin həyata keçirdiyi tenderlər vasitəsi ilə hər il dövlət büdcəsindən yüz milyonlarla büdcə vəsaiti mənimsənilir. Hətta bir mənalı olaraq demək olar ki, ölkənin irili-xırdalı, nazirindən tutmuş kiçik idarə müdirinə qədər bütün məmurların əsas gəlir mənbələrindən biri məhz tender layihləridir. Artıq neçə illərdir ki, bu barədə yazılır və şişirdilmiş qiymətlərlə, 10 manatlıq MMC-lərlə və saxta sənədlərdə görülən işlər vasitəsi ilə hər il dövlətə ayrı-ayrı məmurlar külli miqdarda ziyan vururlar. Adi bir misal gətirmək istəyirik. Əgər tenderlərə inansaq, o zaman Azərbaycanın bütün məktəbləri dünya standartlarına tam cavab verməlidir və tam olaraq təchiz olunmuş vəziyyətdə olmalıdır. Amma məktəbləri gəzsək xarababazarla üzləşəcəyik. Şagirdlərin hələ də sovet dönəmindən qalma masalarda oturduğunun şahidi olacağıq. Sənədlərə isə baxsaq məlum olacaq ki, məktəblərin yumşaq və bərk inventarları son 10 ildə bir neçə dəfə dəyişdirilib və bir neçə dəfə həmin məktəblər əsaslı təmir olunub. Eyni vəziyyət bütün sahələrdə istisanısz özünü göstərməkdədir.

Bəs mənimsənilən bu milyonlar hara və necə gedir? Təbii ki, ayrı-ayrı məmurların cibinə. Ən kiçik məmurun belə evi, həyat şəraiti, sürdüyü maşınlar, mal varlıqları hər şeyi özü-özünə ortaya qoyur. Dövlət vəsaitləri acımasızcasına məməurlar tərəfindən talan olunur və nəticədə «şah kimi yaşayan» məmurlar ordusu xarabalıqlar və rəzalətlər içindən bu xalqı idarə edirlər. Baxmayaraq ki, ölkə prezidenti cənab İlham Əliyev bu barədə dəfələrlə məmurlara xəbərdarlıq edib, vəziyyət hələ də dəyişməz oluraq qalmaqdadır. Son olaraq prezident 3 gün əvvəl icra hakimiyyətlərinin ona yanlış məlumatlar verdiklərini və hər şeyi gözəl göstərməyə çalışdıqlarını Nazirlər Kabinetinin son iclasındakı çıxışında bildirib və bu təbii ki, məmurlar üçün ciddi xəbərdarlıq hesab olunmalıdır.

AzFakt.com hal-hazırda Maliyyə Nazirliynin tender maxinasiyalarını araşdırır və qeyd edək ki, bu sahədə doğurdan korrupsiyanın səviyyəsi inanılmaz dərəcədə böyükdür. Sadəcə onu deməyi borc bilirik ki, dövlət büdcəsinin bu şəkildə talanması elə bir qlobal səviyyədədir ki, bəlkə heç bir ölkədə bu səviyyyədə deyil. AzFakt.com öz araşdırmasının ilk hissəsini, Maliyyə nazirinin müavini Azər Bayramovun rəhbərliyi altında fəaliyyət göstərən və şərti olaraq «Gədəbəy qruplaşması» adlanan qrupun tender maxinasiyalarını oxucularının diqqətinə gəlb edir.

Azər Bayramovun Qərb regionundakı korrupsiya şəbəkəsi

Maliyyə Nazirliyində və bütün rayonlarda Azər Bayramovun rəhbərliyi altında sözün həqiqi mənasında korrupsiya şəbəkəsi yaradılıb. Bizi məlumatlandıran mənbə bildirir ki, Azər Bayramov regionlara görə ayrı-ayrı adamlar vasitəsi ilə bu şəbəkəni idarə edir və dövlət büdcəsindən hər il qanunsuz şəkildə mənimsənilən vəsait yüz milyon manatları əhatə edir. Mənbə ilkin olaraq Qərb reginunda şəbəkəyə həmyerlisi, “1 saylı Xəzinadarlıq idarəsinin” rəisi Nadir Qarayevin rəhbərlik edir. Belə ki, Nadir Qarayev Qərb reginundan ildə milyonlarla manat vəsait toplayır. Azər Bayramovun əsas gəlir mənbələrindən biri yerli icra hakimiyyətlərinə ayrılan vəsaitlərin xərclənməsini yoxlamaqdan əldə etdiyi bildirilir. İddiaya əsasən Azər Bayramovun göstərişi ilə icra hakimiyyətlərinin gördüyü işləri yoxlayan nümayəndə heyəti rayonlara ayrılan ümumi vəsaitin 5 faizini nəğd şəkildə alırlar və yoxlamalar bir qayda olaraq uğurla nəticələnir. Mənbəmiz iddia edir ki, rayon maliyyə idarələrinin rəhbərliyi altında toplanan 5 faizin bir hissəsi birbaşa Azər Bayramova çatır. Yerdə qalan hissəsi isə nazirə və digər idarə rəisləri arasında bölüşdürülür. Bundan başqa Azər Bayramovun himayəsində olan “1 saylı Xəzinadarlıq idarəsinin” rəisi Nadir Qarayev iri tenderləri udan «10 manatlıq MMC-lərdən» və hətta iri şirkətlərdən ayrılan vəsaitin 6 faizini nəğd şəkildə alır. Nadir Qarayev həmin vəsaiti nazirin müavini Azər Bayramovun payı olduğunu açıq aşkar deyir. Hətta Nadir Qarayev şirkət rəhbərlərinə “Azər Bayramovun qulluğunda kim daha yaxşı olarsa onun şirkətləri həmişə maliyyəsini vaxtlı vaxtında alacaq” mesajını da verir. Mənbəmiz qeyd edir ki, Azər Bayramovun adamının təyin etdiyi faizi verməyən yaxud gecikdirən şirkətlərə vəsait köçürülmür və onlar get-gələ salınır.

Nazir müavinin göstərişi ilə ayrılan maliyyə vəsaitləri ilk öncə “Gədəbəy Qruplaşmasına” aid olan maliyyə idarələrinə köçürülür. Nadir Qarayevin qruplaşmasına Gədəbəy maliyyə şöbəsinin müdiri Namiq Məmmədov, Qazax maliyyə idarəsinin müdiri Novruz Abdullayev, Tovuz maliyyə idarəsinin rəisi Mübariz Salmanov, Ağstafa maliyyə idarəsinin müdiri Vaqif Əkbərov, Goranboy maliyyə idarəsinin müdiri İltifat Sadıqov, İmişli maliyyə idarəsinin müdiri Rəhim Rəhimov, Sabirabad maliyyə idarəsinin müdiri Hüseynağa Gülüşov, Bakı şəhər baş maliyyə idarəsinin rəisi Elçin Əliyev və 20 yaxın rayon idarə müdirləri daxildir. Həmçinin nazirliyin bir sıra idarə rəisləri bu qurplaşmaya daxildir. Şərti adı «Gədəbyə qruplşması» olan bu korrupsiya şəbəkəsinin başında duran Azər Bayramovun özünün şəxsən bu qruplaşmanı yaratdığı iddia olunur. Bundan başqa qruplaşmasının əsas simaları məhz Azər Bayramovun həmyerliləridir ki, bunlara da məhz “1 saylı Xəzinadarlıq İdarəsinin” müdiri Nadir Qarayevin rəhbərlik etdiyi qeyd olunur.

Təhsil Nazirliyndəki böyük şəbəkə

Azər Bayramovun böyük korrupsiya şəbəkəsinn başqa bir qanadı isə Təhsil Nazirliyndə fəaliyyət göstərən şəbəkədir. Mənbəmiz bildirir ki, həmin şəbəkəyə Azər Bayramovun qardaşı Təhsil nazirinin müavini Ceyhun Bayramov rəhbərlik edir. Ceyhun Bayramov qardaşının dəstəyi ilə şöbələrinin bütün tenderlərinə nəzarəti həyata keçirir. Bu sahədəki tenderlərin sayı həddən artıq çoxdur. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkə miqyasında hər bir təhsil şöbəsi ildə minimum 1-2 milyon manatlıq tender elan edirlər və bu tenderlərin böyük əksəriyyəti sadəcə kağıc üzərində olur. Yəni ayrılan dövlət vəsaitləri 100 faiz mənimsənilir. Təkcə onu demək kifayətdir ki, ayrılan kağız üzərində həyata keçirilən tenderlərin 50 faizi Bayramov qardaşlarına nəğd olaraq çatdırılır. Və təbii ki, sonradan bu vəsaitlər bölünür. Yerdə qalan vəsaitlər isə icra başçıları və təhsil şöbələrinin müdirləri tərəfindən mənimsənilir. Eyni vəziyyət ali məktəblərdə və orta ixtisas məktəblərində də özünü göstərməkdədir. Hər il ali və orta ixtisas məktəblərinə ayrılan vəsaitlərin böyük qismi mənimsənilir ki, bunu da həmin təhsil ocaqlarının təchizatına və binaların vəziyyətinə baxarkən anında təxmin etmək mümkündür. Təkcə onu söyləmək kifayətdir ki, Bakı şəhərində fəaliyyət göstərən texnikum və kolleclərin binaları xaraba vəziyyətdədir. Buna baxmayaraq sənədlərdə həmin binaların əsaslı təmir olunduğunu görmək mümkündür.

Bayramov qardaşlarının Təhsil Nazirliynimn peşə sektorundan da karlı gəlir götürdükləri bildirilir. Ceyhun Bayramovun yaxın adamlarından biri olan Peşə Sektorunun müdiri Namiq Məmmədov hər il maliyyə nazirliyindən yerli peşə məktəblərinə ayrılan milyonlarla manat vəsaiti müxtəlif işlərin görülməsi adı altında silərək mənimsəyir. Və təbii ki, mənisənilən vəsaitin böyük bir hissəsi məhz Bayramov qardaşlarına çatır Peşə məktəblərində isə bayquşlar ulayır. Belə ki, sənədlərdə tam təchizatı göstərilən peşə məktəblərinin avadanlıqları belə çoxdan satılıb. Hazırda həmin məktəblərdə təhsil belə yoxdur və bu məktəblər vasitəsi ilə sadəcə büdcədən maaş, təchizat və s. Xərclər altında büdcədən külli miqdarda vəsait silinir.

Qeyd edək ki, maliyyə nazirliyində Azər Bayramovun rəhbərlik etdyi “Gədəbəy Qruplaşmasının” və Təhsil Nazirlindəki şəbəkənin tender vasitəsi ilə həyata keçirdikləri maxinasiyalarla bağlı növbəti yazımızda daha təfərrüatlı məlumat verəcəyik. 

AzFakt.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam