Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Bakıda içki satışına qadağa qoyulmalıdır“

 

“Avropa Oyunları keçirilən zaman stadionlarda, onların ətrafında spirtli içkilərin satışı, istifadəsi qadağan olunmalıdır”

"Xeberinfo.com":  Məlumata görə, bunu Azvision.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. 
Millət vəkilinin sözlərinə görə, oyunlar keçirilən ərazinin yaxınlığında fəaliyyət göstərən kafe, restoranlarda spirtli içkilərin istifadəsinə müəyyən məhdudiyyətlər qoymaq olar: 
“I Avropa Oyunlarında bütün şəhərdə içki qadağan olunsun kimi fikirlər səslənir. Bütövlükdə şəhərdə, yaxud da küçədə qadağa qoyulmasını o qədər əhəmiyyətli saymıram. Həmin oyunlar gedən ərazilərə mühafizə, təhlükəsizlik tədbirləri görülməlidir. O cümlədən də spirtli içkilərlə bağlı qadağalar tətbiq oluna bilər”. 
Bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da spirtli içkilərin satışına vaxt məhdudiyyəti qoyulması məsələsinə gəlincə, deputat bunun gündəmdə olmadığını vurğulayıb.
M.Quliyev hesab edir ki, slavyan ölkələri ilə müqayisədə ölkəmizdə spirtli içkilərdən sui-istifadə halları çox azdır.
“Narahatlıq doğuran məsələ gecə barlarıdır. Bəlkə də həmin I Avropa Oyunları ərəfəsində gecə barlarına nərazət gücləndirilsə, daha yaxşı olardı. Orada sərxoşluq halları olur. Nəzərə alsaq ki, ölkəmizə qonaqlar gələcək, onlar da gecə barlarında dincəlmək istiyəcəklər. Bu işin daha ciddi tənzimlənməsinə ehtiyac vardır”. 
M.Quliyev vurğulayıb ki, Azərbaycanda içkinin vaxta görə qadağan olunmasını deyil, gənclərin, xüsusilə də yeniyetmələrin əlçatanlığının azaldılması istiqamətində müəyyən işlər görülməlidir: “Yerli istehsal olan içkilərin qiyməti artırıldı, amma, gətirilən içkilərin məbləği artmadı. Bizim bazarımıza bu mənfi təsir göstərir. Gömrükdə də bu barədə aksiz dərəcələrinin artırılması düşünülməlidir. Çünki Rusiya qiyməti aşağı saldığı üçün oradan ölkəmizə idxal olunan içki ucuz qiymətə gəlib çıxır. Daha çox yeniyetmə və gənclərin əlçatanlığına malik olur. Ona görə də bu istiqamətdə düşünmək olar”. 
Xatırladaq ki, Avropa oyunları ərəfəsində Bakıda bir çox yerlərdə spirtli içki satışına qadağa qoyulacaq. Bu haqda ANS-in “Günə baxan” verilişində qonaq olan aparıcı və “Bakı-2015”in səfiri Hacı Nuran məlumat verib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam