Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Azərbaycana “qana qan” prinsipi ilə cavab versək, itkilərimiz yüzlərlə hesablanacaq”

 

Əgər Ermənistan Azərbaycanın hərəkətlərinə “gözə göz, dişə diş” prinsipi ilə cavab versə, ertəsi gün irimiqyaslı müharibə başlayacaq, itkilərimizin sayı isə yüzlərlə hesablanacaq.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan jurnalistlərin suallarına cavab olaarq bildirib.

Jurnalistlər Ovanisyandan soruşublar: nəyə görə Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın hərəkətlərinə cavab vermir, nəticədə çoxsaylı hərbçilər həlak olur və əlilə çevrilirlər?

Ovanisyan jurnalistlərin təmas xəttində yaralanan erməni hərbçilərinin müalicəsinin nəyə görə xaricdə təşkil edilmədiyi haqda sualı qarşısında tərləməli olub.

Müdafiə Nazirliyinin rəsmisinə 4 il əvvəl təmas xəttində ağır yaralanan və hələ də xaricdə müalicə ala bilməyən 23 yaşlı Gevorq Yeqizaryan haqda sual veriblər.

Ovanisyan isə bildirib ki, Ermənistan Müdafiə Nazirliyinin təmas xəttində yaralanan hərbçilərin xaricdə müalicəsini təşkil etmək imkanı yoxdur. O, təkcə ötən ilin avqustundan sonra Ermənistan ordusunda döyüş itkilərinin sayının ikiqat artdığını deyib. Bildirib ki, belə vəziyyətdə, Ermənistanın faktiki olaraq döyüş şəraitində olduğu bir vaxtda hərbçilərin xaricdə müalicəsini maliyyələşdirməyi planlaşdırmaq mümkün deyil.

“Faktiki olaraq biz döyüş əməliyyatları şəraitindəyik, müharibə isə hər şey nə qədər yaxşı planlaşdırılsa belə itkilərə gətirib çıxarır”- Ovanisyan bildirib.

O deyib ki, hərbçilərin Avropanın tibb mərkəzlərində müalicəsi 30-40 min, bəzən hətta 100-200 min avroya başa gəlir. Ona görə də Ermənistan Müdafiə Nazirliyi belə xərcləri üzərinə götürmək gücündə deyil.

“Cəmi bir-iki, yaxud üç-dörd halda Avropada və ya Rusiyada müalicə üçün müəyyən məbləğ ayrılıb” - deyə Ovanisyan əlavə edib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam