Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“Avropa qəti mövqeyini ortaya qoymalıdır“

 

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Yohannes Hanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

 

"Xeberinfo.com":  Görüş zamanı tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirdilər.
Azərbaycanın Avropa İttifaqına üzv əksər dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğunu bildirən nazir Elmar Məmmədyarov Aİ ilə də strateji tərəfdaşlıq əlaqələrinin qurulmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Aİ arasında enerji sahəsində tərəfdaşlıq və  TAP və TANAP layihələrinin əhəmiyyəti qeyd olunub.  
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların cari vəziyyəti haqqında məlumat verən nazir Elmar Məmmədyarov digər Avropa institutları kimi Aİ-nin də münaqişə ilə bağlı qəti mövqeyinin ortaya qoyulmasının vacibliyini söyləyib. Mövcud status kvonun qeyri-davamlı və qəbuledilməz olduğunu deyən Elmar Məmmədarov əlavə etdi ki, status kvonun dəyişdirilməsi və münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır. 
Elmar Məmmədyarov işğal və təcavüzün aradan qaldırılması və münaqişənin həlli nəticəsində regional inkişaf üçün yeni imkanların yaranacağını diqqətə çatdırıb. Ölkəmizdə qanunun aliliyinin təmin olunduğunu bildirən nazir Elmar Məmmədyarov Azərbaycanın ardıcıl demokratik inkişafının davam etdirildiyini bildirib.
Görüş zamanı tərəflər Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” təşəbbüsünün növbəti sammitinin əhəmiyyətini vurğulayıblar. Eləcə də, tərəflər elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd ediblər. (oxu.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam