Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şamaxıda tarixi abidələr sıradan çıxır

 

Rayon rəhbərliyi baş verənlərdən xəbərsiz kimi davranır, yerli Mədəniyyət və Turizm Şöbəsinin isə dünyayi-aləm vecinə deyil 

"Xeberinfo.com":  Azərbaycanda qədim tarixi abidələrin qorunma səviyyəsinin aşağı olması sirr deyil. Çünki zaman içində qədim qalanı dağıdaraq, yerində şadlıq evinin tikilməsindən tutmuş, tarixi qəbristanlığın ərazisində otel tikməyə cəhd olunmasına qədər hər cür olaya şahidlik edilir. 

JAM.AZ xəbər verir ki, özünün qədimliyi ilə seçilən Şamaxıda da bu sahədə vəziyyət ürəkaçan deyil. Bir qrup rayon fəalı bununla bağlı mətbuata məlumat göndərərək bildirirlər ki, Şamaxıdakı tarixi abidələrin taleyi sual altındadır. Ona görə ki, baxımsızlıq və nəzarətsizlik üzündən bəzi tarixi abidələr sıradan çıxmaq üzrədir, bəzilərinin isə ərazisini satmaq üçün cəhdlər olunur. 

Həmin məlumatda vurğulanır ki, rayondakı tarixi abidələrin bu şəkildə qorunması yaxın gələcəkdə onların tamamilə sıradan çıxmasına səbəb olacaq. Məsələ ilə bağlı Şamaxı Mədəniyyət və Turizm Şöbəsinə edilən müraciətlərə də əhəmiyyət verən yoxdur. Rayon sakinləri deyir ki, elə baxımsızlığın və nəzarətsizliyin səbəbkarı da yerli İcra Hakimiyyəti ilə qeyd olunan şöbədir. Çünki bu iki dövlət qurumu üzərinə dühən vəzifəni yerinə yetirməməklə məşğuldurlar. 

Şamaxılılar deyirlər ki, rayonda təkcə bu sahədə deyil, digər sahələrdə də vəziyyət acınacaqlıdır. Belə ki, Şamaxıda təhsil və səhiyyə sektorlarında da durum acınacaqlı şəkil alıb. Onların iddiasına görə, rayondakı orta məktəblərdə dərslərin səviyyəsi aşağıdır və şagirdlər məcburiyyətdən repititor yanına getməli olurlar. Eyni zamanda, bəziləri uşaqlarını Bakıda oxutdurmaq məcburiyyətində qalırlar ki, bu da aşağı keyfiyyətli təhsillə bağlıdır. 

Səhiyyə sektorundakı duruma gəldikdə isə JAM.AZ-a verilən məlumata görə, Şamaxının baş həkiminin yalnız adı var, özünü isə görən olmayıb. Daha doğrusu, onu çox zəruri işlər olduqda «görmək» mümkün olur. Bundan əlavə, baş həkimin adı daha çox dərman satışı, tender oyunları və aptek biznesində hallanır. 

Rayon camaatı bildirir ki, yaranmış vəziyyətdən dolayı dəfələrlə Şamaxı İcra Hakimiyyətinə şikayətlər etsələr də, baxan olmayıb. Əksinə, şikayətçilərə bildiriblər ki, gedib işləri ilə məşğul olsunlar. Ona görə də, camaaat məcburiyyət qarşısında qalaraq ölkə rəhbərliyinə müraciət etməli olublar. Mətbuat vasitəsi ilə prezidentdən yardım istəyən şamaxılılar bildirirlər ki, vaxtında müdaxilə edilməzsə, rayonda durum daha da acınacaqlı şəkil alacaq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam