Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Azərbaycanın mövqeyi müəyyən dərəcədə pisləşəcək”

 

“Xarici dövlət borcunun ÜDM-də payının artması baş verəcək”

 

"Xeberinfo.com":  “Maliyyə Nazirliyinin məlumatına görə, yanvarın 1-i tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 6,478,2 milyon ABŞ dollarına çatıb. Həmin dövrə xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 8,6 faiz təşkil edib. Azərbaycanda dövlət borcunun payının aşağı olması həmişə müsbət məqam kimi qeyd edilib. Hətta beynəlxalq təşkilatlar da bunu təqdir ediblər. Ancaq fevral devalvasiyası Azərbaycanın mövqeyini bu sahədə müəyyən dərəcədə pisləşdirəcək”. Bu barədə iqtisadçı ekspert Samir Əliyev bildirib. O, səbəb kimi qeyd edib ki, çünki xarici borcun ÜDM-də payının artması baş verəcək. 
“Bir tərəfdən ÜDM-in dollar ifadəsində həcminin təxminən 34 faiz azalması, digər tərəfdən dünya bazarlarında neftin ucuzlaşması səbəbindən ÜDM-in nominal həcminin azalacağı xarici dövlət borcunun payının artmasını şərtləndirəcək. Üstəgəl, ilboyu kreditlərdən istifadə etdikcə dövlət borcunun da artması baş verəcək. Böyük ehtimalla ilin sonuna xarici borcun ÜDM-də payı 15-20 faiz təşkil edəcək. Bura dövlət şirkətlərinin, məsələn SOCAR-ın, dövlət zəmanəti ilə aldığı borcları da daxil etsək, onda borcun həcmi xeyli çox olar”,- deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, neftin qiymətindən asılı olaraq manatın mümkün ucuzlaşması dövlət borcunu artıracaq: “Belə məlumat var ki, SOCAR-ın heç də bütün xarici borcları hökumət zəmanəti ilə alınmır və bu səbəbdən məcmu dövlət borcuna daxil edilməlidir. Həmin məbləğlər də nəzərə alınsa, dövlət borcunun real məbləği daha böyükdür. Nəzərə alaq ki, hazırda SOCAR-ın öz xarici borcu elə hökumətin ümumi xarici borcu qədərdir”.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam