Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Daha bir prezident ölkəsindən qaçdı

 

Yəmən prezidenti Əbd Rabbo Mansur Hadi husitlərin Ədənə yaxınlaşmasını görərək öz iqamətgahını tərk edərək naməlum istiqamətə yox olub.

"Xeberinfo.com":  ANS PRESS-in məlumatına görə, şiə üsyançılar - husitlər bu gün şəhərin 60 kilometrində yerləşən iri aviabazaya hücum ediblər. Son məlumatlara görə, üsyançılar şəhərin 40 kilometrliyinə yaxınlaşıblar. Şəhərdə dövlət qulluqçularına evə getmək göstərişi verilib. Şəhər sakinlərinin bəziləri silahlanıb.

Daha öncə bildirilmişdi ki, Səudiyyə Ərəbistanı Yəmənlə sərhədə çox sayda döyüş texnikası göndərir. Səudiyyə Ərəbistanının husitlərə qarşı hava zərbələri endirəcəyi də bildirilirdi.

Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubuna "Əl-Qaida" nəzarət edir, mərkəzdə isə prezident qüvələri ilə husitlər arasında döyüşlər gedir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam