Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“ABŞ RUSİYANI ÇÖKDÜRÜB, REGİONDA MÜTTƏFİQ AXTARIR”

 

"Xeberinfo.com":  Azərbaycanın xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə Amerikanın Səsinə müsahibəsində ABŞ-İran danışıqlarının regional təsirləri, Azərbaycan-İran münasibətlərindəkı yeniliklər və İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi sahəsinə gətirəcəyi yeni münasibətlərdən danışıb.

- Amerika-İran danışıqlarının perspektivlərini necə görürsünüz? İki ölkə arasında münasibətlərin liberallaşmasının regional təsirləri nə ola bilər?
– Burada Amerika-İran əlaqələrində ikitərəfli müstəviləri axtarmaq düzgün olmaz. Amerika İranla yaxınlaşaraq bir çox məsələləri eyni zamanda həll etmək istəyir. Birincisi Amerika regionda özünə güclü bir dayaq axtarır. İran belə bir dayaq ola bilər. Sözsüz ki, İran öz ənənələrini, xüsusiyyətlərini, milli maraqlarını saxlayaraq Amerika ilə əlaqələri inkişaf etdirərək bir çox məsələlərə təsir edə bilər. Neft, energetika sahəsində Amerika-İran əlaqələri fonunda baxanda Amerika indi Rusiya ilə qarşıdurmadadır. Rusiyada neft qiymətləri iqtisadiyyatı çökdürüb və Rusiyanın aqressivliyini aşağı salmaqdadır. Rusiya Ukraynada müharibəni dayandırmaq üzrədir. Bu Amerikanın sanksiyaları, neftin qiymətinin aşağı düşməsi nəticəsində baş verir. Ona görə də Amerika-İran əlaqələrinin inkişafı İran neftinin dünya bazarlarına çıxarılmasına, İrana qarşı sankisyaların aradan qaldırlmasına gətirə bilər. Bu baxımdan da Amerikaya xeyir gətirə bilər. O biri cəhətdən Yaxın Şərqdə hazırda Amerikanın güclü dayağı yoxdur. İraq ağır vəziyyətdədir, müharibədən sonra qəbilələr baş qaldırıb, terror müharibəsi gedir. Liviya da həmin durumdadır. Suriya ağır vəziyyətdədir, vətəndaş müharibəsi gedir. İranla yaxınlaşma Suriyaya da yaxşı təsir edə bilər. Yəni Suriya da öz siyasi vektorunu Amerikaya tərəfə çevirə bilər. Hazırda Suriya Rusiya tərəfə üz döndərib. Rusiyanın Suriyada əsgəri bazası var. Rusiya Bəşər Əsədi dəstəkləyir. Lakin İranla Amerikanın yaxınlaşması Suriyanın Yaxın Şərqdə Amerikanın maraqlarına uyğun hərəkət etməsinə səbəb ola bilər. Yəni bu qanlı döyüşləri səngidə bilər və stabilliyə xidmət edə bilər.
-Danışıqlarda razılığın əldə edilməsi İranda daxili vəziyyətə hansı təsirlər edə bilər? İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi baxımından danışıqlar nə yeniliklər vəd edir?
-Hesab edirəm ki, İran qərblə, Amerika ilə münasibətlərin yumşalmasını çoxdan gözləyir. İran xalqı da istəyir ki, dünya iqtisadiyyatı, mədəniyyəti ilə sıx əlaqədə inkişaf etsin. İranlılar gözəl filmlər çəkir, müxtəlif festivallarda mükafatlar alır. Onlar da başqaları kimi davranmaq istəyir. Xalq baxımından, xalq Amerika ilə yaxınlaşmanı dəstəkləyəcək. Xalq müharibənin tərəfdarı deyil. Xalq öz maraqlarını qoruyaraq Amerika ilə yaxınlaşmaya dəstək verəcək. O ki, qaldı İranda yaşayan azərbaycanlılara, sözsüz ki, İranın qərblə yaxınlaşması bu ölkədə liberallaşmaya təkan verəcək. Liberallaşma şəraitində də azərbaycanlılar öz hüquqları uğrunda mübarizədə daha uğurlu olacaqlar, daha yaxşı nəticələr əldə edə biləcəklər. Ümumilikdə bu yaxınlaşma regiona müsbət təsir edəcək.
- İran-ABŞ münasibətlərinin liberallaşması Azərbaycvan-İran münasibətlərində hansı yeniliklər yarada bilər?
-Yalnız müsbət təsirləri ola bilər. Burada mənfi təsir ola bilməz. Azərbaycan qərb yönümlü dövlətdir. Azərbaycanın iqtisadiyyatı, neft sənayesi, neft biznesi, kommunikasiyaları, bunların hamsısı Amerika ilə əlaqədədir. Ona görə də İran da gəlib bunların hamısında iştirak edə bilər. Amerika ilə yaxşı əlaqələri olan Azərbaycan da, İran da yalnız bundan bəhrələnə bilər. Mən Azərbaycan üçün burada heç bir təhlükə görə bilmirəm. Belə düşünmək ki, Amerika İranla yaxınlaşdı Azərbaycana ehtiyacı olmayacaq, belə fikrilərin əsası yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam